Home Contact Phone
background

Xəbərlər

  • Mingəçevir şəhərinin tam orta məktəblərind...

    Mingəçevir şəhərinin tam orta məktəblərində “Son zəng” tədbirləri böyük təntənə ilə qeyd olundu.

    2019-06-14

    14 iyunda Mingəçevir şəhərinin tam orta məktəblərində “Son zəng” tədbirləri böyük təntənə ilə qeyd olundu. 14 nömrəli tam orta məktəbin Son zəng tədbirində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, şəhər təhsil şöbəsi rəhbərliyi, məktəbin müəllimləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

  • YAP şəhər təşkilatında elmi-nəzəri konfran...

    YAP şəhər təşkilatında elmi-nəzəri konfrans keçirildi.

    2019-06-14

    İyunun 14-də ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışına həsr olunmuş Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı birgə elmi-nəzəri konfrans keçirmişdir. YAP şəhər təşkilatının akt zalında keçirilən konfransı şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə yenidən qayıdışı ilə bağlı fikirlərini açıqlamışdır.

  • Mingəçevir şəhər İcra Hakimiyyətinin başç...

    Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

    2019-06-12

    Mingəçevir şəhər icra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə səyyar görüşü bu dəfə 10 nömrəli orta məktəbin akt zalında oldu. Şəhərin A.Qurbani, R.Rza, İ.İslamzadə, Ü.Hacıbəyov və M.Maqamayev küçələrinin sakinlərini salamlayan şəhər rəhbəri ölkə prezidentinin tapşırığına əsasən hər həftə keçirilən bu cür görüşlərin əhəmiyyətindən danışdı.

  • Milli Qurtuluş Günü münasibətiylə tədbir ke...

    Milli Qurtuluş Günü münasibətiylə tədbir keçirildi.

    2019-06-12

    İyun ayının 12-də Gənclər evində 15 iyun - Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun da iştirak etdiyi tədbirə ali və orta ixtisas məktəblərində oxuyan ən fəal tələbələr, ayrı-ayrı müəssisə və təşkilatları təmsil edən gənclər qatılmışdılar.

  • Azərbaycan İlahiyyat  İnstitunun rəhbərliyi  ...

    Azərbaycan İlahiyyat İnstitunun rəhbərliyi Mingəçevirdə olmuşdur.

    2019-06-07

    Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində Azərbaycan İlahiyyat İnstitunun rəhbərliyi Mingəçevirdə olmuşdur. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirmiş, sonra Heydər Əliyev Mərkəzində yaradılmış sərgi ilə tanış olmuşlar.


Foto qalereya