MƏNİM SAĞLAMLIĞIM MƏNİM HÜQUQUMDUR.
06 aprel 2024 | 11:36
Sağlamliq xoşbəxt həyatın əsas şərti və təminatıdır.Bəşər insanının ən ündə hüquqlarından biri onun sağlamlığının qorunması hüququdur. Müasir dövrümüzdə bu hüququ pozan bir sıra nüanslar mövcuddur: ölümlə yaxud əlilliklə nəticələnən müxtəlif xəstəliklər, silahlı münaqişələr və müharibələr, iqlim böhranı, aclıq, təbii fəlakət və digərlərini sadalaya bilərik. Bu kimi halların qarşısını almaq və ya nəticələrini maksimum daracədə azaltmaq məqsədilə müxtəlif tədbirlər görülməkdədir.
Respublikamızda da əhalinin sağlamlığının qorunması haqqında bir sıra qanunlar nəzərdə tutulmaqdadır.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərində “Əhalinin sağlamlığı haqqında” müddəalar öz əksini tapır.
Əhalinin sağlamlığının qorunması hər bir insanı fiziki və ruhi sağlamlığının mühafizəsinə onun fəal uzun ömürlüyünün artırılmasına tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir.
Bu qanunlar əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də qeyri dövlət və dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir. Səhiyyəmizdə fəaliyyəti ilə özünü doğrultmuş icbari tibbi sığorta xidməti vətəndaşları xidmətlər zərfində ödənişsiz qəbul edir.Tibbi xidmətə ehtiyacımız yarandığı təqdirdə istənilən dövlət tibb müəssisəsinə müraciət etməyimiz kifayətdir.