Mingəçevir şəhərində təmizlik və yaşıllaşdırma işləri çərçivəsində iməcilik keçirilib.
09 aprel 2024 | 12:04
Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işləri şəhərin H.Əliyev pr. və Samux küçəsində 200 ədəd ağac əkiblər. Əraziyə gətirilmiş ağaclar əsasən çinar,sərv və şamlardan ibarət olub.
İdarənin rəisi Tahir Abdullayev bildirib ki,İməcilikdə mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılır, quru ağaclar təmizlənir, çoxillik güllərə qulluq göstərilir, əkilən güllərin alağı təmizlənir, suvarılır, parklar quru ot və alaqlardan təmizlənir, ərazidə olan çəmənliklərə gübrə verilir. Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri həyata keçirilib.
İməcilik zamanı ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.