Şəhər haqqında
Şəhər haqqında
Mingəçevir respublikanın 4-cü iri sənaye mərkəzidir. Ərazisi 130 kv.km-dir. Əhalisi 01.06.2021-ci il tarixə rəsmi qeydiyyatda 106430 nəfərdir.
Hazırda ölkənin dördüncü sənaye şəhəri olan Mingəçevirdə elektroenergetika, elektrotexnika, kimya, maşınqayırma, yüngül və yeyinti sənaye sahələri inkişaf etmişdir.
Şəhər ərazisində 40-a yaxın sənaye müəssisəsi, o cümlədən iki böyük elektrik stansiyası – “Azərbaycan İstilik Elektrik Stansiyası” və “Mingəçevir SES silsiləsi” MMC-lər, 1 ali məktəb - Mingəçevir Dövlət Universiteti, 2 orta-ixtisas məktəb – Mingəçevir Tibb və Turizm Kollecləri, 1 peşə və 22 ümumtəhsil orta məktəbi, 2 məktəbdənkənar və 22 məktəbəqədər təlim tərbiyə müəssisələri, 6 səhiyyə və 27 mədəniyyət müəssisələri, o cümlədən, Mingəçevir Dövlət Dram Teatrı, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsi, «Mingəçevir», «Mingəçevir işıqları» qəzetləri və digər müəssisələr fəaliyyət göstərir.
Mingəçevir şəhərinin yaşıllıq ərazilərinin sərhədlərinin qrafik təsvirini əks etdirən
XƏRİTƏ