Mingəçevir şəhərində abadlıq işləri davam etdirilir.
14 dekabr 2022 | 11:17
Mingəçevir şəhərində şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən abadlıq - quruculuq işləri həyata keçirilir. Binalar əsaslı təmir olunur, zirzəmilər, günlüklər, xeyir - şər mağarlarının üstü, tüstü bacaları təmizlənir, yaşayışçıların müraciətləri ilə bağlı su və kanalizasiya xətlərində nasazlıqlar aradan qaldırılır. Binaların dam örtüyü cari təmir edilir, yağış su novları təmizlənir. Ş.İ.Xətai küçəsi 10, 12, 14, 14a, N.Nərimanov küçəsi 44 saylı binaların fasad və giriş hissələrində əsaslı təmir işləri aparılıb. Bu binalar 1980-1985-ci illərdə istifadəyə verilmiş və heç vaxt təmir olunmamışdır. N.Nərimanov küçəsi 49, 51, 53 saylı binalarda əsaslı təmir işləri başlanılıb. Bu binalarda 1960-65- ci illərdə istifadəyə verilmiş binalardır, bu günə kimi əsaslı təmir olunmamışdır. Mingəçevirdə abadlıq - quruculuq işlərimiz davam edir, sakinlərin rahatlığı və rifahı üçün daim işlər görülür.