Şriftin ölçüsü :

Saytın rəngi :

09.04.2024-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə səyyar görüş keçirdi.

09 aprel 2024 | 14:13

    Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü aprelin 9-də 13 nömrəli orta məktəbin akt zalında oldu. Görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, Milli Məclisin deputatı Aydın Mirzəzadə, polis şöbəsinin rəisi Ədalət Əliyev, əraziyə yaxın olan Heydər Əliyev prospektindəki, 20 Yanvar, Puşkin, Ərəş küçələrindəki yaşayış binalarının eyni zamanda şəhərin başqa küçələrinin sakinləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak edirdilər.

     İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müqəddəs Ramazan Bayramı münasibəti ilə bütün mingəçevirlilərə və şəhərimizin qonaqlarına təbriklərini çatdıraraq xoş arzularını bildirdi, evlərinizdən ruzu bərəkət əskik olmasın, bayram əhval ruhiyyəniz şən olsun, sevinc və fərəh nəsibiniz olsun, dedi. Bildirdi ki, Mingəçevirdə abadlıq-quruculuq işləri yüksək səviyyədə davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yurdumuzun hər bir bölgəsində aparılan yenidənqurma və quruculuq işlərindən bəhs etdi. Qeyd etdi ki, İcra Hakimiyyətinin tədbirlər planına əsasən il ərzində şəhərimizin bütün ərazilərində, yaşayış massivlərində bir sıra əsaslı təmir işləri həyata keçiriləcəkdir. Parklarda, istirahət məskənlərində aparılan quruculuq işləri, nümunəvi məhəllələrin yaradılması davam etdiriləcəkdir. İl ərzində müxtəlif məhəllələrdə uşaq meydançaları yaradılacaq, uşaqlar və gənclər üçün idman qurğuları quraşdırılacaq, işıqlanma dirəkləri qoyulacaq, yaşıllıq zolaqları genişlənəcək, ağac tingləri və dekorativ gül kolları əkiləcək, söhbətgahlar hazırlanacaq, oturacaqlar qoyulacaq, asfaltlanma işləri aparılacaqdır. İşsizlik probleminin də diqqət mərkəzində olduğunu diqqətə çatdıran şəhər rəhbəri 2023-cü ildə cənab Prezidentin təməlini qoyduğu Azərbaycan İstilik Elektrik Sransiyasında inşa olunan yeni stansiyanın tikintisinin aparıldığını, keçmiş regenerat zavodu ərazisində yeni sənaye müəssisəsinin yaradılacağını bildirərək bu müəssisələrdə də vətəndaşların yeni iş yerləri ilə təmin olunacağını bildirdi. Sahibkarlığın inkaşafı sayəsində ötən müddətdə 1000-ə yaxın vətəndsaşın işlə təmin olunduğinu vurğulayaraq qeyd etdi k Ölkə Prezidentinin tapşırığına əsasən vətəndaşların rahatlığı üçün şəraitin yaradılması daim diqqət mərkəzində saxlanılır. Səyyar görüşlərin keçirilməsində başlıca məqsəd qarşılaşdığınız problemləri öyrənmək və həllinə nail olmaqdır.

    Görüşdə çıxış edən sakinlər həyata keçirilən quruculuq və əsaslı təmir işlərinə ğörə ölkə prezidentinə minnətdarlıqlarını ifadə etdilər. Problemlərdən söz açıldı. Bildirildi ki, bəzi binalarda zirzəmilər su ilə dolu olur ki, bu da sağlamlıq üçün təhlükəlidir, ağaclar budanmalıdır, yağışlı günlərdə binanın damından su evə axır, kanalizasiya sistemində problem var, oturacaqlar azlıq təşkil edir, işsizlik mövcuddur, yerlərdə yollar bərbaddır, kanalizasiya xəttinin çəkilişindən sonra bəzi ərazilərdə problemlər artıb və s. Görüşdə çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə müqəddəs Ramazan Bayramı münasibəti ilə şəhər sakinlərinə təbriklərini çatdıraraq arzularını bildirdi. Sakinlərin qarşılaşdığı hər bir problemlərə münasibətini bildirən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov aparatın məsul əməkdaşlarına, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verdi. Və onların həlli üçün vaxt itirmədən fəaliyyətə başlanmasını tövsiyyə etdi.

Keçidlər