Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının mart ayında əhali ilə keçirdiyi səyyari görüşlər barədə məlumat
2024 cü ilin mart ayı ərzində şəhər İcra Hakimiyyətinin başçısı Ş.İ.Xətai, F.Əzimov, Günəş, D.Əliyeva küçələrində 4 səyyar görüş keçirmiş və görüşdə 353 nəfər iştirak etmişdir. 33 nəfər vətəndaş tərəfindən 55 müxtəlif təklif və problemlər qaldırılmışdır. Qaldırılan məsələlər əsasən binaların dam örtüklərində yağış sularını ötürən novların təmizlənməsi, binanın qarşısına kölgəlik və oturacaq qoyulması, məhəllədaxili işıqlanma və abadlıq işlərinin aparılması, asfaltlanma işlərinin görülməsi, qurumuş ağacların budanması və ya kəsilməsi, binaların və kanalizasiya xətlərinin təmiri, işlə təmin olunma ilə bağlı olmuşdur. Qaldırılan məsələlərin 16-sı müsbət həll olunmuş, 39 müraciətə isə qanuna müvafiq izahat verilmişdir.