İcra Hakimiyyəti
İcra hakimiyyətinin başçısı
İsmayılov İlham Mehdixan oğlu 15.07.1963-cü ildə Ucar şəhərində anadan olub,1986-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirib, ixtisasca mühəndisdir.
1994-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmiş və “Politoloq ali və orta təhsil müəssisələrində sosial-siyasi fənlər müəllimi” ixtisası almışdır. 1998-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dissertantı olmuş, 2004-cü ildə “Azərbaycanda demokratiya təsisatlarının formalaşması xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək siyasi elmlər namizədi adını almışdır.
Əmək fəaliyyətinə 1980-1981-ci illərdə Ucar şəhər 2 saylı Səyyar Mexanikləşdirilmiş Dəstənin 10 saylı sahəsində fəhlə kimi başlayıb.
1986-1989-cu illərdə Mingəçevir şəhərində Azərbaycan Dövlət İstilik Elektrik Stansiyasında növbə rəisi, Azad Komsomol Komitəsi katibi,1989-1992-ci illərdə Mingəçevir şəhər Komsomol Komitəsinin birinci katibi,1992-1995-ci illərdə Mingəçevir şəhər Xalq Deputatları Sovetində təşkilat şöbəsinin müdiri, 1999-2004-cü illərdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatında İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri, 2004-2008-ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Aran Regional İnkişaf Şöbəsinin müdiri, 2008-2018-ci illərdə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 17.12.2018-ci il tarixli sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
Yeni Azərbaycan Partiyası şəhər təşkilatı sədrinin müavinidir.
Ailəlidir, üç övladı var.