Fəaliyyət
•Şəhərin ərazisi 139,5 kv.km, 01.01.2026-cı il tarixinə daimi əhalisi 103252 nəfərdir. Mingəçevir şəhəri respublikanın istər əhalisinin sayına, istərsə də iqtisadi potensialına görə dördüncü şəhəri olmaqla bərabər, həm də əsas sənaye mərkəzlərindən biridir. Mingəçevir şəhərinin sənayesinin əsasını elektrik enerjisi, kompüter, elektron və optik məhsulların istehsalı, qida məhsullarının istehsalı, iplik istehsalı, tikinti materiallarının istehsalı və hazır metal məmulatlarının istehsalı sahələri təşkil edir.
• İlkin statistik məlumatlara əsasən 2025-ci ildə şəhərdə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı aşağıdakı kimi olmuşdur: ümumi məhsul buraxılışının fiziki həcm indeksi 1,5 faiz azalaraq 663174,7 min manat, sənaye məhsulu istehsalı 5,5 faiz azalaraq 429203,3 min manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə 32,5 faiz azalaraq 1391,8 min manat, tikinti üzrə 2,0 faiz artaraq 18506,8 min manat, nəqliyyat və anbar təsərrüfatı üzrə 55,1 faiz artaraq 25624,2 min manat, informasiya və rabitə xidmətlərinin həcmi 50,2 faiz artaraq 3046,6 min manat, nəqliyyat vasitələrinin təmiri üzrə 0,2 faiz artaraq 175773,2 min manat olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 9,0 faiz artaraq 106670,0 min manat, ictimai iaşə dövriyyəsi 12,2 faiz artaraq 13439,3 min manat, pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 0,3 faiz artaraq 579381,3 min manat təşkil etmişdir.
• 2025-ci ilin yekununa əsasən “Aztelekom” MMC-nin Mərkəzi Aran Regional filialının Mingəçevir şöbəsi şəhərdə ümumi montaj tutumu 38438 nömrə olan 4 ədəd OLT stansiyası tərəfindən əhaliyə GPON texnologiyası üzərindən xidmətlərinin göstərilməsi təmin etmişdir. GPON texnologiyası üzərindən telefon, internet, İP-TV xidmətindən istifadə edilir. Ümumi istifadəçi sayı 13135 abonent yüksək sürətli internet, həmçinin 576 TV və 512 telefon xidmətləri ilə təmin olunmuşdur.
• Şəhər ərazisində 6/0,4 kv-luq 392 ədəd TM ve KTM-lər olmaqla 418 ədəd transformatorların gücləri 144531 kva-dır, 110/6 kv-luq "Az.iES” YS-sında 2 ədəd 10 MVA transformator və110/35/6 kv-luq “Şəhər" YS-sında 2 ədəd 80 MVA transformator, 35/6 kv-luq "Karxana-601" YS-sında 2 ədəd 16 MVAtransformator ve 35/6 kv-luq “Yeni Mingəçevir" YS-srnda2 ədəd 10 MVA transformator quraşdırılmışdır.35 kv-luq hava və kabel xətlərinin uzunluğu 12,5 km, 6 kv-luq hava ve kabel xətlərinin uzunluğu 271,95 km və 0,4 kv-luq ÖİN və kabel xətlərinin ümumi uzunluğu 374,75 km-dir.
• Mingəçevir şəhəri üzrə qaz xətlərinin ümumi uzunluğu 516 km, o cümlədən orta təzyiqli qaz xətlərinin uzunluğu 298 km, aşağı təzyiqli 218 km təşkil edir ki, ondan yerüstü 365 km, yeraltı 151 km təşkil edir. ki, Xidməti ərazi üzrə Qaz Paylayıcı Stansiyadan (QPS) ayrılan orta təzyiqli daşıyıcı PE-315 mm-lik 1739 metr polietilen boru ilə yeraltı, D-530 mm-lik 3745 metr polad boru ilə yerüstü qaz kəmərləri ilə şəhərin sol sahil ərazisini, PE-315 mm-lik 1296,50 metr, PE-280 mm-lik 1492,70 metr polietilen qaz kəmərləri ilə “Az-İES” adlanan yaşayış massivi və PE-250 mm-lik 1845 metr “Tərəvəzçilik sovxozu” adlanan yaşayış massivini təbii qazla təchiz edir. Qaz kəmərləri üzərində 188 sayda Qaz Tənzimləyici Şkaflar və 726 ədəd bağlayıcı qurğular, siyirtmələr mövcuddur.
• “Azərbaycan Respublikası Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Mingəçevir şəhərində su təchizatı şəbəkəsinin və qurğularının yenidən qurulması işləri aparılmışdır. Məhsuldarlığı 55 min kubmetr olan müasir sutəmizləyici qurğu və tutumu 10 min kubmetr olan mərkəzi su anbarı tikilərək istifadəyə verilmiş və L=332 km yeni su xətti çəkilmişdir. Şəhərin mövcud kanalizasiya şəbəkəsi müxtəlif diametrli ölçüdə olmaqla L=316 km-dir. Kanalizasiya şəbəkəsində 2 ədəd məhəllədaxili çirkab sutəmizləyici qurğu və 8 ədəd kanalizasiya nasos stansiyası fəaliyyət göstərir. “Azərbaycan Respublikası Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq layihə üzrə şəhərdə ümumi uzunluğu L=250 km, diametri D=150÷1000 mm olan kanalizasiya şəbəkəsinin yenidən quraşdırılması planlaşdırılmışdır. Hazırda 210 km yeni kanalizasiya xətti çəkilmiş, ondan 197 km istifadəyə verilmişdir. Layihə çərçivəsində 4 yeni kanalizasiya nasos stansiyası (KNS) tikilmiş və istismara verilmişdir. Həmçinin sutkalıq gücü 65 min m3 olan çirkab sutəmizlənmə qurğusunun (ÇSTQ) tikintisi nəzərdə tutulur.
• Şəhər ərazisində 402 km yol şəbəkəsi vardır ki, onlardan da 196 km şəhərdaxili, 206 km isə məhəllədaxili yollardır.
• 2025-cü il ərzində yol və səkilərə 95346 kvadrat metr asfaltörtüyü, 3890 p/m uzunluqda yol-səki daşları quraşdırılmışdır.
- Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən 2026-cı ildə görülməsi nəzərdə tutulan əsas işlər aşağıdakılardır:
• Asfaltlanma işləri – Həsənağa Turabov küçəsi və döngəsi, Vasif Məmmədov küçəsi və döngələri, Həsən Seyidbəyli, Lütfiyar İmanov, Qulu Əsgərov, İsmayıl Osmanlı, Rasim Ocaqov, Bülbül küçəsi və döngələri, Əhmədiyyə Cəbrayılov küçəsi və döngəsi, Sarvan Salmanov, 163-cü məhəllənin məhəllədaxili yol və səkilərinin asfalt örtüklə əsaslı təmiri, Havarlı adlanan ərazidə 7 küçə və 20 dalanın qum-çınqıl qarışığı ilə əsaslı təmiri;
• İşıqlanma işləri – Asfaltlanma işləri aparılan 23 küçə və dalanların, Havarlı adlanan ərazinin 5 küçə və 20 dalanının işıqlandırılması;
• Mənzil fondunun əsaslı təmiri üzrə - 20 yaşayış binasının (112-ci məhəllə Ə.Vahid küçəsi 2, 6, 4/1; N.Nərimanov küçəsi 30, 30/1, 28/1, 32; Nizami küçəsi 3, 5, 7, 13; A.Məmmədov küçəsi 9, 11, 13; Naxçıvan küçəsi 48/1, 50, 52, 52/1, 52/3; Natavan küçəsi 1.) əsaslı təmiri (ümumi istifadə yerlərinin, fasadların təmiri). 2 yaşayış binasının (H.Əliyev prospekti 76/1 və Y.Mənsurov küçəsi 15) dam örtüyünün əsaslı təmiri.
• 5 nümunəvi məhəllənin yaradılması (söhbətgahların, oturacaqların qoyulması, uşaq-idman meydançalarının yaradılması, yaşıllıq zolağının yenilənməsi, işıqlanma sisteminin quraşdırılması, məhəllədaxili yolların və səkilərin asfaltlanması və s.) 98-ci məhəllə - 20 Yanvar küçəsi 3, 9, 9a, V.Abdullayev küçəsi 5, 7; 106-cı məhəllə - 20 Yanvar küçəsi 6, 6a, 8, 8a, 10, 10a, 12a; 111-(2)-ci məhəllə - N.Nərimanov küçəsi 27, 29, 31, 33, H.Əliyev prospekti 62, 64, 66/25, Nizami küçəsi 17/35, 19, 19/1, 19/2, 19/3, 21, 21/2, 23, 23/1, 23/2, 23/3; 171-ci məhəllə - Koroğlu küçəsi 21, 21a, 23, 25, M.Hüseyn küçəsi 10, 12,