Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının Fərman və Sərəncamları

Küçə adlarının dəyişdirilməsi haqqında Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı

 

     2016-cı il aprel döyüşlərində iştirak etmiş və şəhid olmuş Rüstəm Əhmədovun atası Oruc Əhmədov şəhər ərazisində “Günəşli” bağlar massivində Bayraqdar küçəsində ev tikdirdiyi üçün həmin küçəyə oğlunun adının verilməsi barədə müraciət etmişdir. Şəhər İcra Hakimiyyəti başçısının 26.07.2017-ci il tarixli 66 nömrəli sərəncamı ilə şəhər ərazisində “Günəşli” bağlar massivində adsız küçələrdən (küçə 38) birinə “Rüstəm Əhmədov” adı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci bəndini və şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında “Küçə və meydanlara ad verilməsi və onların adlarının dəyişdirilməsi üzrə komissiya”nın 16.05.2023-cü il tarixli protokolunu əsas tutaraq

q ə r a r a  a l ı r a m :

1.Aşağıda göstərilmiş küçə adları dəyişdirilsin:

1.1.Vaqif Mustafazadə və Bayraqdar küçəsi birləşdirilərək “Rüstəm Əhmədov” küçəsi adlandırılsın.

1.2.Rüstəm Əhmədov küçəsinin adı dəyişdirilərək “Bayraqdar” küçəsi adlandırılsın.

2.Yeni adlandırılmış küçələrə ad göstəricisi lövhələrinin quraşdırılması üçün Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə tapşırıq verilsin.

3.Sərəncam Mingəçevir şəhər İcra Hakimiyyətinin mətbu orqanı “Mingəçevir” qəzetində, eyni zamanda İcra Hakimiyyətinin rəsmi saytında dərc edilsin və əhaliyə çatdırılsın.

4.Sərəncamın nüsxələri xidməti istifadə üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Şəhər Polis şöbəsinə və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə göndərilsin.

5.Sərəncamın icrasına nəzarət İHB-nın müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri M.Cavadovaya həvalə edilsin.

İlham İsmayılov

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı

Mingəçevir şəhəri, 19 may 2023-cü il

 

 

 

 

 

Küçələrə şəhid adlarının verilməsi haqqında Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı

 

     Tariximizin şanlı zəfəri olan 44 günlük Vətən müharibəsi zamanı Məmmədov Vasif Rəfail oğlu və Əhmədov Yasən Yelmar oğlu torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və qəhrəmancasına döyüşərək şəhid olmuşdurlar. Ölümündən sonra Vasif Məmmədov “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə, Yasən Əhmədov “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdirlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarının 3.1.1 və 3.1.2-ci yarımbəndlərinə 15 iyul 2021-ci il tarixdə edilmiş düzəlişi və şəhidlərin ailələrinin yaşadıqları küçələrə şəhidin adının verilməsi barədə müraciətlərini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci bəndini və şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında “Küçə və meydanlara ad verilməsi və onların adlarının dəyişdirilməsi üzrə komissiya”nın 08.06.2023-cü il tarixli protokolunu əsas tutaraq q ə r a r a  a l ı r a m :

1.Aşağıda göstərilmiş küçə adları dəyişdirilsin:

1.1.Şəhid Vasif Məmmədovun yaşadığı Tofiq Bəhramov küçəsinin adı dəyişdirilərək “Vasif Məmmədov” küçəsi adlandırılsın.

1.2.Şəhid Yasən Əhmədovun yaşadığı xəritə materialında göstərilmiş adsız küçə “Yasən Əhmədov” küçəsi adlandırılsın.

2.Yeni adlandırılmış küçələrə ad göstəricisi lövhələrinin quraşdırılması üçün Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə tapşırıq verilsin.

3.Sərəncam Mingəçevir şəhərinin ictimai-siyasi mətbu orqanı “Mingəçevir” qəzetində, eyni zamanda İcra Hakimiyyətinin rəsmi saytında dərc edilsin və əhaliyə çatdırılsın.

4.Sərəncamın nüsxələri xidməti istifadə üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Şəhər Polis şöbəsinə və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə göndərilsin.

5.Sərəncamın icrasına nəzarət İHB-nın müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri M.Cavadovaya həvalə edilsin.

İlham İsmayılov

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı

Mingəçevir şəhəri, 13 iyun 2023-cü il

Keçidlər