Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

        Mingəçevir respublikanın 4-cü iri sənaye mərkəzidir. Sənaye istehsalı şəhər iqtisadiyyatının mühüm sahəsindən biridir. Bu sahənin fəaliyyəti sabitliyin və sosial inkişafın əsas göstəricisidir. Məşğul əhalinin əsas hissəsi energetika, elektrotexnika, kimya, maşınqayırma sahələrində çalışır.

  • 1981-ci ildə istifadəyə verilmiş “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC hazırda Mingəçevirin və ölkənin ən iri enerji istehsalı müəssisəsidir. Stansiyanın layihə gücü 2400 Meqavattdır. (2400000 kilovatt/saat). Orta illik məhsul istehsalının həcmi 9 milyard kvt/saat. Stansiyada 1120 nəfər işçi çalışır.
  • Mingəçevirin yaranmasının əsas səbəbkarı “Mingəçevir Su Elektrik Stansiyası silsiləsi” MMC-nin tikintisi 1955-ci ildə tam başa çatmışdır. Stansiyanın hazırkı gücü 424,6 meqavatt, orta illik məhsul istehsalı həcmi 1.2 milyard kilovatt/saat. Stansiyada 107 nəfər işçi çalışır.
  • “Mingəçevir İzolit” ASC - müəssisə 1963-cü ildən fəaliyyət göstərir. Şüşə-plastik və polietilen borular istehsalı sahəsində ixtisaslaşmışdır. Tam gücü ilə işlədikdə  30 milyon manatlıq məhsul istehsal etmək imkanı var. Müəssisədə 75 nəfər işçi çalışır.
  • “Azneftemaş” ASC - müəssisənin əsası  1953-cü ildə qoyulub, fəaliyyətə 1956-cı ildə başlayıb. Müxtəlif maşınqayırma və neft avadanlıqları hissələri istehsal edir. Tam gücü ilə işlədikdə 20 milyon manatlıq məhsul istehsal edir. Müəssisədə 154 nəfər işçi çalışır.
  • Akkord” Mingəçevir Maşınqayırma zavodu ASC - Metal konstruksiyalar istehsal edir. 10 milyon manatlıq məhsul istehsal edə bilər.  Müəssisədə 85 nəfər işçi çalışır.

      2019-cu il üzrə şəhərin əsas göstəriciləri aşağıdakı kimidir; Sənaye məhsulu istehsalı 3.2 % artaraq 315170,1 min manat, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 4,2 % artaraq 68843,5 min manat, İnformasiya və rabitə xidmətlərinin həcmi 32,9 % artaraq 1574,3 min manat, pərakəndə əmtəə dövriyyəsi 3,6 % artaraq 356952,2 min manat təşkil etmişdir. Şəhər üzrə orta aylıq əmək haqqı 401,3 manat, o cümlədən sənayedə çalışanların orta aylıq əmək haqqı 477,5 manat təşkil etmişdir. 2019-cu il ərzində 1914 yeni iş yeri yaradılmışdır ki, onunda 1385-i daimi iş yeridir.
   Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasları ayda iki dəfədən az olmayaraq keçirilir. İcra Hakimiyyəti başçısının yanında daimi məşvərətçi orqan olan Şuranın yaradılması şəhərin iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif və tövsiyələr əsasında Şuranın qərarları, zəruri hallarda isə şəhər İcra Hakimiyyəti başçısının Sərəncamları verilir.

Keçidlər