Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri

2020-ci il Vətən Müharibəsinin Mingəçevir Şəhidləri

 

Məmmədov Şahmar

 

Ağasəf oğlu

     Məmmədov Şahmar Ağasəf oğlu 12 iyul 1977-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Sonradan ailə Mingəçevir şəhərinə köçüb. Şahmar Dilqəm Nağıyev adına 9 nömrəli orta məktəbi bitirdikdən sonra 1993-95-ci illərdə 39 nömrəli texniki-peşə məktəbində oxuyub. 1995-98-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ilin iyul  ayında  MAHHXHD kursuna daxil olub, sentyabr  ayında bitirib, “N” saylı hərbi hissədə tuşlayıcı operator kimi vətənə olan xidmətini davam etdirib.  2016-cı ilin aprel döyüşlərində iştirak edib. Göstərdiyi  rəşadətlərə görə medalla təltif edilib. Müddətdən artıq hərbi xidmət qulluqçusu kimi torpaqlarımızın müdafiəsində rəşadətlər göstərib. 2020-ci ilin 27 sentyabrında, Vətən müharibəsinin ilk günündə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Ailəli idi, bir qızı var. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Şahmar Məmmədov  (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Babayev Allahverdi

 

Ələt oğlu

     Babayev Allahverdi Ələt oğlu 24 mart 1989-cu ildə Mingəçevir şəhərində anadan olub. 1 nömrəli orta məktəbi bitirib. 2007-2012-ci illərdə Bakı İslam Universitetinin Mingəçevir filialında təhsil alıb. 2012-2013-cü illərdə  müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin aprel döyüşlərində iştirak edib, yaralanıb, qazi olub. İkinci Qarabağ müharibəsində, 2020-ci il sentyabr ayının 27-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.   Subay idi.  Sentyabr ayının 28-də Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Allahverdi Babayev (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Əhmədov Əli 

 

İlqar oğlu

     Əhmədov Əli İlqar oğlu 5 yanvar 1993-cü ildə  Mingəçevir şəhərində anadan olub. 2000-2011- ci illərdə 11 nömrəli orta məktəbdə təhsil alıb. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Maliyyə fakültəsini bitirdikdən sonra 2015-ci ildə müddətli  həqiqi hərbi xidmətə yola düşüb. Sülhməramlıların tərkibində 6 ay Əfqanıstanda xidmət göstərib. Mükafatlandırılaraq “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalı ilə təltif edilib.  Müddətdən artıq hərbi xidmət qulluqçusu  kimi xidmətini davam etdirib.  Vətənə ləyaqərlə xidmət göstərən kiçik çavuş Əli İlqar oğlu  2020-ci ilin 27 sentyabrında, Vətən müharibəsində Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilmişi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə  Əli Əhmədov (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə Əli Əhmədov (ölümündın sonra) “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib. 

 

Məmmədov Məhyəddin

 

Yaşar oğlu

Məmmədov Məhyəddin Yaşar oğlu 17 avqust 1998-ci ildə Ağdaş rayonunun Nemətabad kəndində anadan olub.  Ailə Mingəçevir şəhərinə köçdükdənsonra Məhyəddin  energetiklər qəsəbəsindəki 8 nömrəli orta məktəbdə  təhsil alıb. 2016-cı ildə orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətdə olub. Beyləqanda xidmətdə olarkən  rabitəçi kursunda oxuyub. 2018-ci il aprel ayının 12-də hərbi xidmətini başa vursa da müddətdən artıq hərbi xidmətinə davam edib. 2019-cu ildə imtahan verərək Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu rütbəsini alıb.  Torpaqlarımızın  düşmən hücumlarından qorunmasında fədakarlıqlar göstərib. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.   2020-ci il sentyabr ayının 28-də Tərtər rayonunun Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.  Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilmişi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə  Məhyəddin Məmmədov (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Əhmədov İslam

İlqar oğlu

Əhmədov İslam İlqar oğlu 19 sentyabr 1994-cü ildə Mingəçevir şəhərində anadan olub. 2000-2011-ci illərdə 11 nömrəli orta məktəbdə təhsil alıb. 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə yola düşüb. Xidmətini başa vurduqdan sonra bir müddət Mingəçevir şəhərində işləsə də 2013-cü ildən müddətdən artıq hərbi xidmət qulluqçusu  kimi xidmətini davam etdirməyə başlayıb, torpaqlarımızın qorunmasında iştirak edib. 2016-cı ildən Vətənə ləyaqətlə xidmət göstərən İslam Əhmədov aprel döyüşlərində iştirak edib. “Azərbaycan Silahlı Qüvvələrinin 95 illik”,  “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib.  2020-ci ilin 27 sentyabrında Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.  2020-ci il sentyabr ayının  28-də Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün İslam Əhmədov  (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Abbasəliyev Hüseyn 

 

Adil oğlu

Abbasəliyev Hüseyn Adil oğlu 22 oktyabr 2000-ci ildə Mingəçevir şəhərində anadan olub. Əvvəl 14, sonra 1 nömrəli orta məktəblərdə təhsil alıb. 2018-ci il oktyabr ayının 23-də  müddətli həqiqi hərbi xidmətə yollanıb. Naxçıvanda Culfa rayonunda 6 ay təlim keçib. Hərbi xidmətini başa vurduqdan sonra, 2020-ci il mart ayının 29-da evə qayıdıb.  Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması naminə könüllü səfərbərlik başlanan günlərdə Vətəni müdafiəyə yollanıb.  Vətən müharibəsində, ikinci Qarabağ savaşında qəhrəmanlıqlar göstərib. 2020-ci il sentyabr ayının  29-da Suqovuşan-Talış istiqamətinin azad edilməsi uğrunda gedən döyüşlərdə düşmən postunu ələ keçirərkən şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Hüseyn Abbasəliyev  (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Məmmədov Səbuhi

 

Şakir oğlu

Məmmədov Səbuhi Şakir oğlu  21 oktyabr 1982-ci ildə Mingəçevir şəhərində anadan olub. Orta təhsil alıb. Sonra müdddətli həqiqi hərbi xidmətdə olub. Həyatı boyu müxtəlif yerlərdə işləyib. Müddətdən artıq hərbi xidmət qulluqçusu kimi torpaqlarımızın müdafiəsində iştirak edib, ayrı-ayrı ərazilərdə xidmətdə olub. Vətən müharibəsinin ilk günlərindən yurdumuzun ərazi bütövlüyünün təmin edilməsi, işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda aparılan döyüşlərdə iştirak edib. Evli idi, 3 övladı var. 1 oktyabr 2020-ci ildə Suqovuşan-Talış kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Səbuhi Məmmədov  (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Həmidov Pərvin

 

Azər oğlu

      Həmidov Pərvin Azər oğlu 8 mart 1994-cü ildə Yevlax rayonunun Bəydili kəndində anadsan olub. 1999-2012-ci illərdə Xaldan məktəbində, sonra isə 25 nömrəli Kəlbəcər məktəbində orta təhsil alıb. Təhsilini bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müxtəlif yerlərdə işləyib. 2017-ci ildə ailə qurub, iki övladı var. 2020-ci ilin yanvar ayında müddətdən artıq həqiqi hərbi xidmətdə fəaliyyətə başlayıb. Vətən müharibəsində, işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda aparılan döyüşlərdə qəhrəmanlıqlar göstərib. Suqovuşan-Talış kəndlərinin azad edilməsində iştirak edib. 2020-ci il oktyabr ayının 1-də Murov yüksəkliyində İnci dərəsində heyəti xilas edərkən şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Pərvin Həmidov (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Hacıyev Nicat

 

Cahangir oğlu

      Hacıyev Nicat Cahangir oğlu 1989-cu il may ayının 24-də Füzuli rayonunun Qarakollu kəndində anadan olub. 3 yaşı olanda ailə doğma yurdu düşmən tərəfindən işğal olunduğu üçün Mingəçevir şəhərində məskunlaşıb. 4 nömrəli orta məktəbdə təhsil alıb. 2007-2009-cu illərdə Tovuz rayonunda müddətli həqiqi hərbi xidmətdə olub. Xidməti başa vurduqdan sonra əmək fəaliyyətinə başlayıb. 8 ilə yaxın müddətdən artıq hərbi xidmət qulluqçusu  kimi Vətən torpaqlarını qoruyub. 2016-cı ilin aprel döyüşlərində iştirak edib, rəşadətlər göstərib.  2020-ci il sentyabr ayının 21-də ehtiyatda olan əsgər kimi yenidən xidmətə, vətən torpaqlarını düşmən caynağından xilas etmək üçün cəbhə bölgəsinə yollanıb. Vətəın müharibəsində Cəbrayılın və Füzulinin azad edilməsi uğrundakı döyüşlərdə iştirak edib. Snayperçi-gizir 2020-ci il oktyabrın 3-nə keçən gecə Cəbrayılın azad edilməsi uğrundakı döyüşlərdə düşmənin maşınını qənimət kimi götürərkən şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Nicat Hacıyev (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə  təltif edilib. 

 

 

 

Əliyev Elçin

 

Rasim oğlu

     Əliyev Elçin Rasim oğlu 4 mart 1994-cü ildə Mingəçevir şəhərində anadan olub. 2011-ci ildə 16 nömrəli orta məktəbi bitirib. 2012-2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü il oktyabr ayının 27-dən 2015-ci ilin yanvar ayına qədər Silahlı Qüvvələrin Təlim-tədris mərkəzində gizir hazırlıq kursunu bitirib. Döyüş maşını komandiri kimi xidmətini davam etdirib. 2016-cı ilin aprel döyüşlərində iştirak edib, rəşadətlər göstərib. 2017-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 99-cu ildönümü və birinci tədris dövrünün nəticələrinə görə Fəxri fərmanla, 2018-ci ildə aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa və Azərbaycan Respublikasının Yaranmasının 100 illiyi münasibətilə medalla təltif olunub. Vətən müharibəsində kəşfiyyatçı kimi düşmən tankının üstünə atılaraq onu partladıb. 2020-ci il sentyabr ayının 29-da Suqovuşan-Talış kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Elçin Əliyev (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Məmmədov Vasif

 

Rafail oğlu

     Məmmədov Vasif Rafail oğlu 1 may 2001-ci ildə Mingəçevir şəhərində anadan olub. Ağdam rayonundan məcburi köçkün olan ailə üzvləri 1993-cü ildən Mingəçevir şəhərində məskunlaşıb. 2007-2018-ci illərdə Mingəçevirdə fəaliyyət göstərən 18 nömrəli Cəbrayıl məktəbində təhsil alıb. 2019-cu il aprel ayının 7-də müddətli həqiqi hərbi xidmətə yola düşüb. Vətən müharibəsinin ilk günlərindən torpaqlarımızın azad olunması uğrunda aparılan döyüşlərdə xüsusi təyinatlı qurumun tərkibində atıcı və qumbaraatan əsgər kimi iştirak edib. 2020-ci il  oktyabr ayının 6-da Cəbrayıl-Hadrut-Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.  Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Vasif Məmmədov (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu  Vasif Məmmədov  (ölümündən sonra) “Cəsur döyüşçü” medalı ilə, 25 dekabr 2020-ci il tarixli sərəncamına əsasən   Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. 

 

Əlibəyli Mikayıl

Xalıqverdi oğlu

     Əlibəyli Mikayıl Xalıqverdi oğlu 1992-ci il dekabrın 23-də Mingəçevir şəhərində anadan olub. Uşaqlığı Yevlax rayonunun Balçılı kəndində keçib, orta təhsilini orda alıb. Müddətli həqiqi hərbi xidmətdə olub. Bakı şəhərində “Rahat”, Mingəçevir şəhərində “Qədiroğlu” və “Bazarstore” marketlərində işləyib. 2020-ci il sentybr ayının 21-də torpaqlarımızı qorumaq üçün səfərbərliyə çağırılıb, könüllü olaraq uzun iillər düşmən işğalı altında qalan yurd yerlərimizin xilas edilməsi  uğrunda başlanan Vətən savaşına yola düşüb. İkinci Qarabağ müharibəsində torpaqlarmızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib. Oktyabr ayının 6-da Ağdərənin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Mikayıl Əlibəyli (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Hüseynov Əzəmi 

 

Əli oğlu

     Hüseynov Əzəmi Əli oğlu 29 avqust 1992-ci ildə Mingəçevir şəhərində anadan olub. 1999-2010-cu illərdə 14 nömrəli orta məktəbdə təhsil alıb. 2014-cü ildə Mingəçevir Dövlət Universitetini İstilik Energetikası mühəndisliyi ixtisası (əyani) ilə bitirib. 2014-15-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən sonra isə müddətdən artıq hərbi xidmət qulluqçusu kimi fəaliyyətini,  vətənə xidmətini davam etdirib.  30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda aparılan döyüşlərdə, Vətən müharibəsində iştirak edib. 8 noyabr 2020-ci il tarixində Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Hüseynov Əzəmi Əli oğlu  (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

 

Məmişov Nurlan

İlqar oğlu

     Məmişov Nurlan İlqar oğlu 29 avqust 2000-ci ildə Mingəçevir şəhərində anadan olub. Ailə bir müddət Rusiyada yaşayıb. Orenburq şəhərində 2007-ci ildə orta məktəbin birinci sinfinə gedib. 2018-ci ildə Mingəçevir şəhərində 14 nömrəli orta məktəbi bitirib. Həmin ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə yollanıb. Ağcabədidə, sonra isə Füzuli yaxınlığında Əbdürrəhmanlı zirvəsində xidmət göstərib. 2020-ci ilin aprel ayında tərxis olunub. 2020-ci il sentyabrın 21-də könüllülər sırasında səfərbərliyə çağırlıb və ikinci Qarabağ müharibəsinə yollanıb. Əvvəl təlimlərdə iştirak edib, sonra isə cəbhə bölgəsində torpaqlarımızın azad olunmasında qəhrəmanlıqlar göstərib. Vətən müharibəsində Talışkəndin azad edilməsində, Tərtər, Ağdərə, Suqovuşanın yaxınlığında gedən döyüşlərdə iştirak edib. 5 ermənini məhv edib, 1 ermənini tərksilah edərək zərərsizləşdirib. 2020-ci il oktyabrın 7-də Suqovuşanın azad edilməsi uğrundakı döyüşlərdə şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Nurlan Məmişov   (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Rzayev Əli

 

Nəsib oğlu

     Rzayev Əli Nəsib oğlu 1992-ci ildə iyulun 9-da Mingəçevir şəhərində anadan olub. Əvvəl Xaldan kənd məktəbində, sonradan isə Mingəçevir şəhərindəki 16 nömrəli orta məktəbdə təhsil alıb. Sürücülük peşəsinə yiyələnib. Naxçıvanda müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildə ailə qurub, 1 övladı var. Vətən torpaqlarını qorumaq üçün müddətdən artıq hərbi xidmət qulluqçusu  kimi ordu sıralarında fəaliyyətə başlayıb. Vətən müharibəsinin,  ikinci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Tərtər yaxınlığında, Suqovuşanın azad olunması uğrundakı döyüşlərdə oktyabrın 6-da qolundan yaralansa da geri qayıtmayıb. Qələbə uğrunda döyüşlərdə iştirak edərək qəhrəmanlıqlar göstərmək istəsə də şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Əli Rzayev (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

 

İsmayılov Vüqar 

 

Eldar oğlu

      İsmayılov Vüqar Eldar oğlu 1993-sü il sentyabr ayının 15-də Mingəçevir şəhərində anadan olub. 1 nömrəli orta məktəbdə təhsil alıb. 2011-ci ildə Mingəçevir şəhər hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-cü ildə xidmətini başa vurub. 2017-ci ildə ailə qurub, 3 yaşlı qızı, 4 aylıq oğlu var. 2020-ci il sentyabr ayının 21-də torpaqlarımızı qorumaq üçün səfərbərliyə çağırılıb. Ağdərə və Murovdağ döyüşlərində iştirak edib. 2020-ci il oktyabr ayının 6-da Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Vüqar İsmayılov (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə  Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Vüqar İsmayılov (ölümündən sonra)  “Suqovuşanın azad olunmasına görə” medalı ilə  təltif edilib.

 

 

İsgəndərov Niyazi 

Şahvələd oğlu

     İsgəndərov Niyazi Şahvələd oğlu 13 oktyabr 1982-ci ildə Qərbi Azərbaycanın Krasnoselo rayonunun Cad kəndində anadan olub. Sonradan Mingəçevir şəhərində yaşayıb. 8 nömrəli orta məktəbdə təhsil alıb. 1999-2001-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü il may ayının 11-də müddətdən artıq hərbi xidmət  qulluqçusu kimi xidmətini davam etdirməyə başlayıb. Evli idi, 2 oğlu var. 2016-cı ilin aprel döyüşlərində iştirak edib, yaralanıb. Qazi idi. 1918-2018-ci il Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə “Yubiley medalı” və hərbi xidmətdə “Fərqlənmə medalı” ilə təltif edilib. Vətəın müharibəsinin ilk günlərindən döyüş bölgələrində olub, düşmənə qarşı müharibədə qəhrəmanlıqla döyüşüb. 5 oktyabr 2020-ci ildə Tərtər-Suqovuşan-Laçın istiqamətlərinin azad olunması uğrunda aparılan döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Niyazi İsgəndərov (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi quluqçusu Niyazi İsgəndərov (ölümündən sonra) “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib. 

 

 

Nəsibov Qəhrəman

 

Fərman oğlu

      Nəsibov Qəhrəman Fərman oğlu 28 noyabr 2000-ci ildə Rusiyanın Bryansk şəhərində anadan olub. Ailə sonra Mingəçevir şəhərinə qayıdıb. Əvvəl 3, sonra isə 10 nömrəli orta məktəblərdə oxuyub. 2019-cu ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə yola düşüb. Vətən müharibəsinin ilk günlərindən düşmənə qarşı aparılan düyüşlərdə iştirak edib. Torpaqlarımızın azad edilməsi başlıca vəzifə idi. Qorxmazlıq və fədakarlıq göstərən Qəhrəman düşmənin xeyli sayda əsgərini məhv edib. 2020-ci il oktyabr ayının 10-da Füzulinin azad olunması uğrunda aparılan döyüşlərdə ağır yaralanaraq şəhidlik zirvəsinə yüksəlib. Subay idi. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Qəhrəman Nəsibov (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu  Qəhrəman Nəsibov  (ölümündən sonra) “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

 

 

 

Seyidov Şahmar

 

Fikrət oğlu

      Seyidov Şahmar Fikrət oğlu 21 fevral 1997-ci ildə Mingəçevir şəhərində anadan olub. 47 nömrəli Ağdam orta məktəbində təhsil alıb. Texniki peşə məktəbində çilingər peşəsinə yiyələnib. 2015-2017-ci illərdə Bakıda prezident qarnizonunda  müddətli həqiqi hərbi xidmətdə olub. Sonra Bakıda və Mingəçevirdə plastik qapı və pəncərə hazırlanan sexlərdə işləyib. 2020-ci ilin fevralında MAXİ kimi hərbi xidmətdə fəaliyyətə başlasa da, məlum koronavirus səbəbindən may ayından işləməyə başlayıb. Sentyabr ayının 22-də evə gəlib, 24-də yenidən xidmətə yollanıb. Ağdərə-Talış-Murov yüksəkliklərinin azad olunmasında qəhrəmanlıqlar göstərib. 2020-ci il oktyabr ayının 10-da Daşaltının azad olunması uğrundakı döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Subay idi. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Şahmar Seyidov  (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu  Şahmar Seyidov  (ölümündən sonra) “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Şahmar Seyidov  (ölümündən sonra)  “Suqovuşanın azad olunmasına görə” medalı ilə  təltif edilib. 

 

 

Əsədov Əli 

Akif oğlu

      Əsədov Əli Akif oğlu 8 aprel 1993-cü ildə Mingəçevir şəhərində anadan olub. 2000-2010-cu illərdə Vaqif Ağakişiyev adına 12 nömrəli orta məktəbdə təhsil alıb. İdmanla məşğul olub. Kompyuter kursunu bitirib. 2011-ci ilin 12 aprelində müddətli həqiqi hərbi xidmətə yola düşüb. Qazax bölgəsində xidmətdə olub. 2012-ci ilin 1 oktyabrında xidmətdən tərxis olunaraq ehtiyata buraxılıb. 2020-ci il sentyabr ayının 27-də səfərbərliyə çağırılıb. Vətən müharibəsində iştirak edib. Torpaqlarımızın azad olunması uğrunda aparılan  döyüşlərdə qəhrəmanlıqlar göstərib. 2020-ci il oktyabr ayının 13-də qəhrəmanlıqla şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.   Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Əli Akif oğlu  Əsədov  (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

İbrahimov Elmar

 

Nəriman oğlu

       İbrahimov Elmar Nəriman oğlu 2 sentyabr 1998-ci ildə Mingəçevir şəhərində anadan olub. İlqar Zeynalov adına 2 nömrəli orta məktəbin doqquzuncu sinfini bitirdikdən sonra texniki-peşə məktəbində qaz qaynaqçısı peşəsinə yiyələnib. 2015-ci ildə peşə təhsilini başa vurub. 2016-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti dövründə döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə nümunəvi hərbi intizamına, yüksək mənəvi, işgüzar keyfiyyətlərinə və vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə fəxri fərmana layiq görülüb. Xidməti başa vurub qayıtdıqdan sonra bərbər peşəsinə yiyələnib və vətəndaşlara xidmətə başlayıb. 2020-ci ilin iyul hadisələrində düşmənin Azərbaycan sərhədlərində törətdiyi cinayət hadisələri Elmarı da vətən torpaqlarını işğaldan azad etməyə sövq etmiş, könüllü səfərbərliyə yazılmışdır. Sentyabr ayının 21-də Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri kimi döyüş bölgəsinə yola düşüb. Təlimlərdən sonra Suqovuşanın azad olunması uğrunda aparılan döyüşlərdə iştirak edib, şücaətlər göstərib. Oktyabr ayının 16-da qəhrəmanlıqla şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi. Azərbaycan Respubıikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Elmar İbrahimov  (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Abdullayev Kənan

Mübariz oğlu

      Abdullayev Kənan Mübariz oğlu 3 dekabr 1990-cı ildə Mingəçevir şəhərində anadan olub. 2012–ci ildə Mingəçevir Dövlət Universitetini İqtisadiyyat ixtisası üzrə bitirib. Müddətli həqiqi hərbi xidmətdə olub.Vətən müharibəsinin iştirakçısı olub, düşmənin darmadağın edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrundakı mübarizədə, döyüşlərdə qəhrəmanıqlar göstərib. Leytenant Kənan Abdullayev 16 noyabr 2020-ci il tarixində Talış, Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Kənan Mübariz oğlu Abdullayev (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Əmirobv Emil

Zaman oğlu

         Əmirov Emil Zaman oğlu 9 dekabr 2000-ci ildə Mingəçevir şəhərində anadan olub. Uşaqlıqda Moskva şəhərində yaşadıqları üçün orta məktəbə həmin şəhərdə  gedib. Sonradan Mingəçevir şəhərində 14 saylı orta məktəbdə oxuyub. 2019-cu il yanvar ayının 23-də müddətli həqiqi hərbi xidmətə yollanıb. Tərxis olunduqdan 2 ay sonra yenidən ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi fəaliyyətə başlayıb. 2020-ci ilin 9 avqust tarixindən Tərtər bölgəsində kəşfiyyatçı kimi öz bacarığını göstərib. Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə qəhrəmanlıqlar göstərib. 2020-ci il oktyabr ayının 16-da Suqovuşan-Talış istiqamətində aparılan savaş zamanı, növbəti yüksəkliklərin azad olunması uğrundakı döyüşlərdə minamyot qəlpəsindən yaralanaraq qəhrəmancasına şəhid olub. Subay idi.  Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Emil Əmirov (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi quluqçusu Emil Əmirov (ölümündən sonra) “Suqovuşanın azad olunmasına görə” medalı ilə  təltif edilib.

 

 

 

İbrahimov Atiq

 

Ariz oğlu

      İbrahimov Atiq Ariz oğlu 24 iyun 1990-cı ildə Mingəçevir şəhərində anadan olub. Əvvəl 7 nömrəli orta məktəbdə, sonra isə texniki humanitar liseydə orta təhsil alıb. Türkiyənin Antalya şəhərində Ağ dəniz Universitetində və Ukraynanın Xarkov şəhərindəki Karozin Universitetində ali təhsil alıb. Bir neçə xarici dil bilirdi. “Azərişıq” ASC-nin Ağdaş Elektrik Şəbəkəsində nəzarətçi mühəndis vəzifəsində çalışıb. 2020-ci il sentyabr ayının 20-də könüllülər sırasında səfərbərliyə çağırılıb. Vətən müharibəsində Talış-Suqovuşan-Ağdərənin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib. 2020-ci il oktyabr ayının 16-da şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Atiq İbrahimov  (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu  Atiq İbrahimov (ölümündən sonra) “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının  prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə  Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Alim İbrahomov (ölümündən sonra) “Suqovuşanın azad olunmasına görə” medalı ilə  təltif edilib. Subay idi.

 

 

Əliyev Elman

Rakif oğlu

      Əliyev Elman Rakif oğlu 1993-cü il oktyabr ayının 23-də Mingəçevir şəhərində anadan olub. 18 nömrəli orta məktəbdə təhsil alıb. Eyni zamanda 2 saylı müsiqi məktəbində muğam təhsili alıb. Qubada müddətli həqiqi hərbi xidmətdə olub. Kür Avarçəkmə bazasında avarçəkmə idmanı ilə məşğul olub. Müxtəlif sahələrdə işləyib. 2018-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi torpaqlarımızın qorunmasında xidmətə başlayıb. Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə qəhrəmanlıqlar göstərib. 2020-ci il oktyabr ayının 10-da Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Nişanlı idi. Oktyabrın 21-də Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Elman Əliyev  (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə  Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi quluqçusu Elman  Rakif oğlu Əliyev (ölümündən sonra)  “Suqovuşanın azad olunmasına görə” medalı ilə  təltif edilib.

 

 

Qulamlı Ülvi

 

Şahin oğlu

      Qulamlı Ülvi Şahin oğlu 1994-cü il may ayının 24-də Mingəçevir şəhərində anadan olub. 13 nömrəli orta məktəbdə, sonra isə texniki peşə məktəbində  təhsil alıb. 8 il idmanın cüdo növü ilə məşğul olub. 2012-2014-cü illərdə  müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurub qayıtdıqdan  sonra müxtəlif yerlərdə işləyib. Vətən torpaqlarına xidmət etmək kimi şərəfli vəzifədə çalışmaq istəyi ilə ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi fəaliyyətə başlayıb. Topçu idi. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə olub, torpaqlarımızın azad edilməsi uğrundakı döyüşlərdə rəşadətlər göstərib. İlk vaxtlar arxa sırada olması onu qane etməyib, ön sıralara keçmək istəyi təmin edilib. 2020-ci il oktyabr ayının 21-də Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Ülvi Qulamlı (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

 

Əhmədov Yasən

 

Yelmar oğlu

        Əhmədov Yasən Yelmar oğlu 16 sentyabr 1974-cü ildə Ağdam rayonunun Kosalı kəndində anadan olub. Orta məktəbi bitirən kimi, 1991-ci ildə könüllülər batalyonuna qoşulub. Birinci Qarabağ müharibəsində iştirak edib. Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun zoomühəndislik fakültəsini bitirib. 1993-cü ilin aprel ayında müddətli  həqiqi hərbi xidmətə çağırılıb. Həmin tarixdən Azərbaycan Ordusunun sıralarında vətənə şərəflə qulluq edib. Baş gizir kimi xidməti dövründə peşəkarlıq və düzgün nizam-intizam nümayiş etdirib. Dəfələrlə medal və fəxri fərmanlarla təltif edilib. 2017-ci ilin iyun ayında mühəndis-istehkam bölüyünün baş texniki vəzifəsinə təyin olunub. Vətən müharibəsində, ikinci Qarabağ savaşıənda torpaqlarımızın azad olunması uğrunda aparılan düyüşlərdə ön xətdə olub. 9 oktyabr 2020-ci ildə Talış yüksəkliyinin azad edilməsi uğrundakı döyüşlərdə ağır yaralanıb, 13 gün komada qalıb, 22 oktyabrda şəhid olub. Ayın 23-də Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Evli idi, iki oğlu var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Yasən Əhmədov  (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

 

 

 

İbişov Nicat
Vasif oğlu

       İbişov Nicat Vasif oğlu 27 avqust 2000-ci ildə Mingəçevir şəhərində anadan olub. 2006-2017-ci illərdə energetiklər qəsəbəsindəki 19 nömrəli orta məktəbdə təhsil alıb. 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə yola düşüb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində sülhməramlı qoşununun mühafizə xidmətində qulluq edib. 2020-ci ilin aprel ayında xidmətdən tərxis olunub. 2020-ci ilin sentyabr ayında səfərbərliyə çağırılıb, Vətən müharibəsinə yollanıb. Suqovuşanın azad edilməsi uğrunda aparılan döyüşlərdə şücaətlər göstərib. 2020-ci il oktyabr ayının 9-da Ağdərənin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Subay idi. Oktyabr ayının 25-də Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Nicat İbişov (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının  prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə  Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi quluqçusu Nicat İbişov  (ölümündən sonra) “Suqovuşanın azad olunmasına görə” medalı ilə  təltif edilib.

 

 

 

 

 

Məmmədov Rövşən

Müşfiq oğlu

     Məmmədov Rövşən Müşfiq oğlu 1995-ci il oktyabrın 29-da  Mingəçevir şəhərində anadan olub. Ailə üzvləri bir müddət, yəni 1999-2007-ci illərdə Rusiyanın Volqoqrad şəhərində yaşayıb. 2002-ci ildə həmin şəhərin 37 nömrəli tam orta məktəbində ibtidai təhsil alıb. 2007-ci ildə ailə Azərbaycana qayıdıb. 2013-ci ildə  Sumqayıt şəhərindəki 4 nömrəli tam orta məktəbi uğurla bitirərək Azərbaycan Dövlət Neft Akademiyasının geofizika mühəndisliyi fakültəsinə daxil olub. 2017-ci ildə oranı bitirib, mühəndis ixtisasına yiyələnib. 2017-2018-ci illərdə Naxçıvan şəhərinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi  xidmətdə olub. 2018-ci ildə əmək fəaliyyətinə Sumqayıt şəhərindəki "Sumqayıt Texnologiyalar Data Mərkəzi"ndə quraşdırıcı vəzifəsi ilə başlamışdır. 2020-ci il sentyabrın 29-da Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri kimi  Milli Ordu sıralarına çağırılmışdır. Vətən müharibəsində Tərtər royonunun yaxınlığında, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərərək düşmənlərə layiqli cavab vermişdir. Belə döyüşlərdən birində  2020-ci il oktyabr ayının 13-də şəhid olmuşdur. O, ata yurdunda, Şəki rayonunun Böyük Dəhnə kəndində dəfn olunmuşdur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Rövşən Məmmədov (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

 

 

Həsənov Əzim

 

Fikrət oğlu 

Həsənov Əzim Fikrət oğlu 1998-ci il iyunun 13-də Balakən rayonunda anadan olub. 2004-2015-ci illərdə müvəqqəti məskunlaşdıqları Mingəçevir şəhərində 19 nömrəli orta məktəbdə təhsil alıb. Həmin il Azərbaycan Dillər Universitetinə daxil olub. Ali təhsili başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yola düşüb. Paytaxtda xidmət etsə də könüllü olaraq həmin tabordan döyüşlərə qatılıb. 2020-ci ilin sentyabr ayının 27-də, Vətən müharibəsi başlanan gündən cəbhədə kəşfiyyatçı kimi xidmətini davam etdirib. Cəbrayıl, Horadiz, Füzuli istiqamətlərində gedən döyüşlərdə igidliklə döyüşb. Qızğın döyüşlər zamanı qəhrəmanlıqlar göstərib, əsgər yoldaşlarını mühasirədən çıxarıb. 8 oktyabr 2020-ci ildə Füzulinin Seyidəhmədli kəndi yaxınlığındakı döyüşlərdə yaralı əsgər yoldaşını xilas edərkən düşmən gülləsinə tuş gəlib, şəhid olub. Ayın 30-da Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Əzim Həsənov (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli sərəncamına əsasən   Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi quluqçusu Əzim Həsənov  (ölümündən sonra) “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. 

 

 

Elyasov Cəfər

Yavər oğlu

      Elyasov Cəfər Yavər oğlu 30 sentyabr 2000-ci ildə Mingəçevir şəhərində anadan olub. 2006-2015-ci illərdə 14 nömrəli orta məktəbdə təhsil alıb. Peşə məktəbində elektrik montyoru peşəsinə yiyələnib. 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri kimi 2020-ci il sentyabr ayının 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğal etdiyi ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzulinin alınması uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabr ayının 30-da Füzulidə Aşağı Əhmədlidə gedən döyüşlər zamanı şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Cəfər Elyasov  (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib. Subay idi.

 

 

İbrahimov Alim

 

Səhrab oğlu

      İbrahimov Alim Səhrab oğlu 26 dekabr 1993-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadam olub. 2001-2010-cu illərdə Mingəçevir şəhərində energetiklər qəsəbəsində 4 nömrəli orta məktəbdə təhsil alıb. Həmçinin 2 saylı Bülbül adına musiqi məktəbində qarmon ixtisası üzrə təhsil alıb. 2010-2014-cü illərdə Milli Konservatoriyanın nəzdindəki musiqi kollecində təhsil alaraq qarmon müəllimi ixtisasına yiyələnib. 2014-2016-cı illərdə “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. Sonra musiqi müəllimi kimi fəaliyyətə başlayıb. 2020-ci ilin 29 sentyabrında Mingəçevir şəhər hərbi komissarlığı tərəfindən səfərbərliyə çağırılıb. Vətən müharibəsində Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə gəhrəmanlıqlar göstərib. Suqovuşanın azad olunması uğrunda aparılan döyüşlərdə şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Alim İbrahimov  (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə  Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Alim İbrahimov (ölümündən sonra) “Suqovuşanın azad olunmasına görə” medalı ilə  təltif edilib.

 

 

 

 

Həsənov Musa

Tapdıq oğlu 

Həsənov Musa Tapdıq oğlu 24 noyabr 1995-ci ildə Mingəçevir şəhərində anadan olub. 15 nömrəli orta məktəbdə oxuyub. Mingəçevir Turizm Kollecinin menecerlik fakültəsini bitirib. 2014-2015-ci illərdə Azəbaycanın  Daşkəsən bölgəsində müddətli  həqiqi hərbi xidmətdə olub. Kiçik çavuş idi. 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri kimi səfərbərliyə çağırılıb. Vətən müharibəsinin ilk günlərindən Talış-Suqovuşanın azad olunması uğrundakı döyüşlərdə iştirak edib. Sentyabr ayının 29-da tankın içində 5 yoldaşı ilə birlikdə yanaraq şəhid olub. Şəhidin nəşi neytral bölgədə qaldığı üçün noyabr ayının 5-də Mingəçevir  Şəhidlər Xiyabanında  dəfn olunub. Evli idi, iki qızı var. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Musa Həsənov (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə  Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Musa Həsənov  (ölümündən sonra) “Suqovuşanın azad olunmasına görə” medalı ilə  təltif edilib.  

 

 

 

 

Həsənov Tural

 

Tapdıq oğlu 

Həsənov Tural Tapdıq oğlu 16 iyul 1994-cü ildə Mingəçevir şəhərində anadan olub. 15 nömrəli orta məktəbdə oxuyub. Mingəçevir Turizm Kollecinin bədən tərbiyəsi fakültəsini bitirib. 2012-2013-cü illərdə müddətli  həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabr ayının 21-də ehtiyatda olan əsgər kimi səfərbərliyə çağırılıb. Goranboy bölgəsində təlim  keçdikdən sonra sentyabr ayının 27-də başlanan Vətən müharibəsinə yollanıb. Anası, əzizləri ilə son danışığı sentyabr ayının 29-da olub. “N” saylı hərbi hissəsinin kiçik çavuşu kimi Talış-Suqovuşanın azad olunması  uğrundakı döyüşlərdə qəhrəmanlıqlar göstərib. 2 oktyabr 2020-ci ildə Ballı Qaya yaxınlığında Ağ uçuq uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidin nəşi neytral bölgədə qaldığı üçün dekabr ayının 9-da Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub. Evli idi, iki oğlu var. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Tural Həsənov  (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının  prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə  Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Tural Həsənov (ölümündən sonra)  “Suqovuşanın azad olunmasına görə” medalı ilə  təltif edilib. 

 

 

 

Xankişiyev Fuad

Şöhrət oğlu 

      Xankişiyev Fuad Şöhrət oğlu 12 aprel 1996-cı ildə Mingəçevir şəhərində anadan olub. 2002-2008-ci illərdə 3 nömrəli orta məktəbdə təhsil alıb. Məktəb illərində idmanın cüdo növü ilə məşğul olub. Bakı Olimpiya İdman liseyində təhsilini davam etdirərək 2011-ci ildə müvəffəqiyyətlə başa vurub. 2011-2014-cü illərdə Mingəçevir Turizm Kollecində bədən tərbiyəsi fakültəsində təhsil alıb. O, həm də həvəskar dizayn dekor işləri ilə məşğul olub. 2014-2016-cı illərdə Tovuz bölgəsində müddətli həqiqi hərbi xidmətdə olub. Silahlı qüvvələrin ehtiyatda olan əsgəri kimi səfərbərliyə çağrılan Fuad 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Füzuli və Xocavəndin azad olunması uğrundakı döyüşlərdə qəhrəmanlıqlar göstərib. 2020-ci ilin noyabrın 3-də Xocalı rayonunun Çanaqçı kəndi uğrundakı döyüşlərdə şəhid olub. Noyabrın 6-da Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Fuad Xankişiyev  (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Fuad Xankişiyev (ölümündən sonra) “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə Füzuli   rayonunun  işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Fuad Şöhrət oğlu Xankişiyev  (ölümündən sonra) “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

 

 

 

Orucov Tural

Əmir oğlu

Orucov Tural Əmir oğlu 31 dekabr 1993-cü ildə Yevlax rayonunun Havarlı kəndində anadan olub. 1988-ci ildə Qərbi Azərbaycandan qaçqın düşən ailə çox çətinliklərlə üzləşib. Mingəçevir şəhərində internat məktəbində təhsil alıb. 2011-13-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Silahlı Qüvvələrin ehtiyatda olan əsgəri kimi 2020-ci il sentyabr ayının 30-da səfərbərliyə çağırılıb. Füzulinin azad olunması, Şuşa-Laçın uğrundakı savaşlarda qəhrəmanlıqlar göstərib. Düşmənlə 1,5 saatdan artıq gedən açıq döyüşdə yanında şəhid olan yoldaşının qisasını almaq üçün ayağa qalxıb, əlində PK düşmənə  tərəf hücumları zamanı Laçın dəhlizində şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Tural Orucov (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə Qubadlı  rayonunun  işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Tural Əmir oğlu Orucov    (ölümündən sonra) “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

 

 

Nəcəfli Oruc

 

Rövşən oğlu

     Nəcəfli Oruc Rövşən oğlu 6 noyabr 1989-cu ildə Mingəçevir şəhərində anadan olub. 1996-2007-ci illərdə Nizami Gəncəvi adına 8 nömrəli orta məktəbdə oxuyub. 2011-ci ildə Mingəçevir Dövlət Universitetini mühəndislik ixtisası üzrə başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yola düşüb. Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətinə başlayıb. Vətən müharibəsində, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şücaətlər göstərib. Əsgər Oruc Nəcəfli 6 noyabr 2020-ci tarixində Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mingəçevir şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Nəcəfli Oruc Rövşən oğlu (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

 

İbrahimzadə Nahid

Şahid oğlu

      İbrahimzadə Nahid Şahid oğlu 1 noyabr 1994-cü ildə Ağdaşın Kotavan kəndində anadan olub. Orta təhsil aldıqdan sonra müddətli həqiqi hərbi xidmətdə olub. Müxtəlif yerlərdə işləyib. 2020-ci il sentyabr ayının 29-da Azərbaycan ordusunun ehtiyatda olan əsgəri kimi səfərbərliyə çağırılıb. Vətən müharibəsinin ilk günlərindən düşmənə qarşı mübarizədə, torpaqlarmızın azad olunması uğrundakı döyüşlərdə qəhrəmanlıqlar göstərib. Füzuli, Hadrut, Şuşa döyüşlərində iştirak edib. 2020-ci il noyabr ayının 5-də axşam saat 6 radələrində Şuşa döyüşləri zamanı düşmən gülləsinə tuş gələrək şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Evli idi, iki övladı var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Nahid İbrahimzadə (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Nahid İbrahimzadə (ölümündən sonra) “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. 

 

 

 

Mahmudov Etibar

Aleksandr oğlu

    Mahmudov Etibar Aleksandr oğlu 1987-ci il aprel ayının 2-də Mingəçevir şəhərində anadan olub. Atasını uşaq yaşlarından itirdiyindən natamam orta təhsil alıb. Uşaq yaşlarından ailənin, anası və bacı qardaşlarının dolanışığı üçün bacardığı köməkliyi göstərib. Daim işləyib, əməklə məşğul olub. Müddətli həqiqi hərbi xidmətini Bakı şəhərində yerləşən qospitalda keçib. Nümunəvi xidmətinə görə fəxri fərmanlara layiq görülüb. 2006-cı ildə Silahlı Qüvvələrin yaradılmasının ildönümünə və nümunəvi xidmətlərinə görə fəxri fərmana layiq görülüb. Torpaqlarımızın müdafiəsi, azad olunması üçün səfərbərliyə yazılıb. 2020-ci ilin oktyabr ayında Vətən müharibəsinə yollanıb. Noyabrın 8-də Qubadll-Laçın istiqamətlərinin azad olunması uğrundakı döyüşlərdə şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Etibar Mahmudov (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli sərəncamı ilə Cəbrayıl  rayonunun  işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Etibar Mahmudov   (ölümündən sonra) “Cəbrayılın  azad olunmasına görə” medalı ilə təltif edilib.    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə Qubadlı  rayonunun  işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Etibar Mahmudov   (ölümündən sonra) “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. 

 

 

Abbasov Elcan

Əfsəddin oğlu

     Abbasov Elcan Əfsəddin oğlu 23 sentyabr 2000-ci ildə Mingəçevir şəhərində anadan olub. Əvvəl 6, sonra isə 14 saylı orta məktəblərdə oxuyub. Ü.Hacıbəyov adına 11 illik musiqi məktəbində qarmon ixtisası üzrə təhsil alıb. İdmanın yunan-roma güləşi növü ilə məşğul olub. Bir çox idman yarışlarında qələbələr əldə etmiş, fəxri fərman və diplomlara layiq görülmüşdü. 2018-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə yola düşüb. Tovuzda xidmət edib. 2019-cu ilin dekabr ayında xüsusi təyinatlı hərbi qoşun hissəsinə kursa göndərilib. Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Qubadlı, Kəlbəcər, Hadrutun azad olunması uğrundakı döyüşlərdə qəhrəmanlıqlar göstərib. 2020-ci il noyabrın əvvəllərində Şuşanın azad olunması uğrundakı döyüşlərdə şəhid olub. 11 noyabrda Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Elcan Abbasov  (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Elcan Abbasov  (ölümündən sonra) “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə Kəlbəcər rayonunun  işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elcan Abbasov  (ölümündən sonra) “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.  

 

 

Həsənov Ülvi

Natiq oğlu

Həsənov Ülvi Natiq oğlu 31 dekabr 2001-ci ildə Mingəçevir şəhərində anadan olub. 17 nömrəli orta məktəbdə oxuyub. İdmanın avarçəkmə növü ilə məşğul olub, şahmatı da sevirdi. İdman yarışlarında iştirak edib. 2019 cu ildə Ağdam Maliyyə Kollecinə daxil olub. Təhsilini yarımçıq qoyaraq 2020-ci il yanvarın 16-da müddətli həqiqi həqiqi xidmətə yola düşüb. Beyləqanda qulluq edib. Vətən müharibəsinin ilk günlərindən bölgəyə gəliblər. Füzulinin, Cəbrayılın azad olunması uğrundakı döyüşlərdə düşmənə qarşı qəhrəmanlıqla döyüşüb. 2020-ci il noyabr ayının əvvəllərində Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə 18 yaşında qəhrəmanlıqla şəhid olub. Noyabrın 12-də Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi. Azərbaycan Respubluikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün   Ülvi Həsənov (ölümündən sonra)  “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ülvi Həsənov (ölümündən sonra) “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. 

 

Keçidlər