Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə S.Vurğun adına 16 saylı tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib.

12 sentyabr 2020 | 16:00

   Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Mingəçevir Təhsil şöbəsinin müdiri Sahib Məmmədov təhsil ocağının təmirdən sonrakı vəziyyət ilə yaxından tanış olublar.
   Məktəbin direktoru Sevinc Həsənova bildirib ki, Səməd Vurğun adına16 saylı tam orta məktəbdə yeni tədris ilində 31 sinif olacaq.  3 məktəbəqədər hazırlıq qrupunda 713 şagird təhsil alacaq. O daha sonra vurğulayıb ki,  Mingəçevir şəhər S.Vurğun adına 16 nömrəli tam orta məktəbin kollektivi üçün bu gün xüsusi bir gündür: “Belə ki, bu gün məktəbimizin binası əsaslı təmir olunub şagird və müəllim kollektivinin ixtiyarına verilir. Bu sevinci bizə bəxş etdiyinə görə məktəbin  butun kollektivi, şagirdləri və şəxsən öz adımdan  ölkə Prezdenti cənab İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm”. O, həmçinin qeyd edib ki, ölkəmizdə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəblər” siyasəti daha aydın sabahımızdan xəbər verir: “Hər cür avadanlıqlara malik 1176 yerlik məktəb binası  müasir tipli istilik sistemi ilə təchiz olunub. Onu da deyim ki, əsaslı təmir olunmuş məktəbimizin idman zalı, yeməkxana, kitabxana, oxu zalı, informatika və digər fənn kabinetləri, o cümlədən fizika, kimya, biologiya  laboratoriyaları var. Bu isə o deməkdir ki, 713 şagird hər cür şəraiti olan gözəl məktəbdə təhsilini davam etdirəcək. 60 nəfərdən ibarət pedaqoji heyət onların təhsili ilə məşğul olacaq.  Əminəm ki, müasir standartlara cavab verəcək  məktəbimizdə respublikamızın gələcəyi olan savadlı, bilikli, hərtərəfli inkişaf etmiş gənclər yetişəcəklər”.
   Qeyd edək ki, Səməd Vurğun adına 16 saylı tam orta məktəb 1985-ci ildə inşa edilsə də, yararsız vəziyyətə düşmüşdü. Elə bu səbəbdən ötən tədris ilində məktəb təmirə dayadırılmışdı. Aparılan təmir-bərpa işlərindən sonra təhsil ocağının siması tam dəyişib.

Keçidlər