Şriftin ölçüsü :

Saytın rəngi :

Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30 illiyi münasibətilə tədbir keçirildi.

15 fevral 2019 | 16:00

Fevralın 15-də Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir şəhər şöbəsinin üzvləri Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30 illiyi münasibətilə bir araya gəliblər. Əfqanlar öncə Şəhidlər Xiyabanına gedərək şəhid olmuş döyüşçü yoldaşlarının məzarlarını ziyarət etmiş, onlara ehtiramlarını bildirmişlər. Tədbir Mingəçevir Dövlət Dram Teatrında davam etmişdir.
    Tədbirdə  iştirak edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu  tarixi gün münasibəti ilə əfqan döyüşçülərini təbrik edərək, dünyasını dəyişən Əfqanıstan müharibəsi iştirakçılarına və Qarabağ döyüşlərinin bütün şəhidlərinə ulu tanrıdan rəhmət diləyib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Əfqan döyüşlərində qəhrəmanlıq göstərən Azərbaycanlı gənclərinin həqiqətən də, şücaət və mərdlik göstərdiyini vurğulayıb və Ulu öndər Heydər Əliyevin, ölkə prezidenti İlham Əliyevin müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğını diqqətə çatdırıb.
    Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Fəxri fərmanını təqdim etdikdən sonra keçdikləri döyüş yollarından, onlara göstərilən dövlət qayğısından danışıb.
    Tədbirin sonunda Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev təqdim etdikləri maraqlı kompozisiyaya görə yaradıcı heyətə minnətdarlığını ifadə etdi.  Hərbi vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Ella Yaqubova  Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Mingəçevir şöbəsinin  Fəxri fərmanı ilə təltif edildi.

 

 

 

 

 

Keçidlər