Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhid ailələri ilə görüşdü

24 dekabr 2018 | 16:00

     Dekabrın 24-də Şəhər İcra Hakimiyyətinin müşavirə zalında Şəhid ailələri ilə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun görüşü keçirildi. Görüşü qısa giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, bugünki görüş onun üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkə rəhbəri cənab İlham Əliyevin şəhid ailələrinə və Qarabağ əlillərinə göstərdiyi diqqət və qayğının əhatəliliyindən danışmaqla Mingəçevir şəhərində bu qəbildən olan insanlara göstərilən qayğının vacibliyini dedi. Şəhər İcra Hakimiyyətinin başçısı kimi yeni təyinat aldığı andan ölkə rəhbərinin ona verdiyi tapşırıq və tövsiyyələrdən biri də məhz Şəhid ailələrinə və Qarabağ əlillərinnə diqqətin artırılması olmuşdur. Buna görə də keçirilən görüşün əsas məqsədi şəhid ailələrini dinləmək, onların təklif və arzularını eşitməkdir.
     Görüşdə iştirak edən Şəhid ailələri və Qarabağ əlillərindən Nizami Təhməzov, şəhid Tağıyev Ramilin həyat yoldaşı, Oruc Əhmədov, Xalidə Əzizova, İranə Həsənova, Şərafət Cəfərova, Rəna Şəfiyeva, Qəndab Rzayeva, Şəfiqə Mənsumova, Zərifə Mahmudova, Nərgiz Əzizova və başqaları çıxış edərək Azərbaycan Respublikası Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona xoş arzularını çatdırdılar. İ.İsmayılovu yeni təyinat alması münasibətilə təbrik etməklə onlara göstərilən diqqət və qayğını daha da artırmağı xahiş etdilər. Eyni zamanda bildirdilər ki, şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında, özlərinin və övladlarının işlə təmin olunmasında onlara lazımi köməkliklər göstərsin. Şəhid ailələri bundan sonra da şəhərimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdə şəhər rəhbərliyinə yaxından köməklik göstərəcəklərini bildirdilər.
      Görüşə yekun vuran şəhər İcra Hakikiyyətinin başçısı İlham İsmayılov əminliklə bildirdi ki, Şəhid ailələrinə və Qarabağ əlillərinə göstərilən diqqət və qayğı daimidir, cənab prezidentin bizə verdiyi ən başlıca tapşırıqlardan biridir. Yeni ildən başlayaraq bununla əlaqədar bir sıra tədbirlər həyata keçiriləcək, işsizliyin aradan qaldırılması və yeni açılan iş sahələrində ilk növbədə şəhid ailələrinin və onların övladlarının təminatına diqqət yetiriləcəkdir. İcra Hakimiyyətinin başçısı onu da bildirdi ki, yeni ildən bir sıra iş yerlərinin açılması nəzərdə tutulmuşdur. Hər kəsə xoş arzularını çatdırmaqla qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə iştirakçılara təbriklərini çatdırdı.

 

 

 

 

 

 

 

 

Keçidlər