Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü münasibəti ilə ağac əkmə kampaniyası keçirildi

05 noyabr 2022 | 14:43

Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq şəhərin müxtəlif ərazilərində Zəfər Günü münasibəti ilə ağac əkmə kampaniyası keçirilib. Kampaniyada Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatı sədrinin müavini və fəalları, ictimaiyyət nümayəndələri ilə yanaşı mətbuat işçiləri də iştirak edirdilər.Ümumən şəhər üzrə 1200 ədəddən çox müxtəlif növ ağac tingləri əkilib. Xüsusilə Zəfər günü münasibəti ilə salınmış istirahət zonasında əkilən ağacların sayı daha çox idi. Tədbirdə Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi kollektivinin, Tibb Kollecinin müəllim və tələbələrinin iştirakı daha çox diqqəti cəlb edirdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər xalqımızın uzun illərdən qalmış həsrətinə son qoyub. Zəfər bayramı ərəfəsində şəhərimizdə keçirilən hər bir tədbir, görüş və diskussiyalar torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimizə olan ehtiramdır. Bu qələbə Azərbaycanın nüfuzunu dünyada artırmaqla yanaşı dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli bir sərkərdə olduğunu da nümayiş etdirib. Hər bir Azərbaycan vətəndaşı fərəhlənir ki dövlətimiz qalibdir, inanır ki, tezliklə azad olunan ərazilərdə həyat yenidən başlayacaq, bu yerlərdə də yaşıllıq zolaqları, park və xiyabanlar salınacaqdır.

Keçidlər