Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Bayramı günü münasibəti ilə sərgi keçirildi.

05 noyabr 2022 | 15:01

8 noyabr Zəfər Bayramı günü münasibəti ilə Mingəçevir şəhər Dövlət Rəmzləri Muzeyinin önündə məktəblilərin əl işləri və rəsm əsərlərindən ibarət sərgi təşkil olundu. Sərgidə Mingəçevir Dövlət Universitetinin, Turizm Kollecinin kollektivləri ilə yanaşı şəhərin ümumtəhsil məktəblərinin kollektivləri də yaxından iştirak edirdilər. Qeyd etmək istəyirik ki, adları çəkilən kollektivlər sərgiyə çox məsuliyyətlə yanaşmış, gözəl tərtibatla yaradıcılıq nümunələri nümayiş etdirmişlər. Tədbiri izləyən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri gənclərin yaradıcılıq səviyyəsindən razılıqlarını bildirdilər. Mingəçevir Dövlət Universitetinin professor müəllim heyəti ilə yanaşı tələbələr də bu sərgidə yaxından iştirak edidilər. Hər bir əsəri ərsəyə gətirən tələbələr özləri yaradıcılıqları haqqında təqdimat verirdilər. Turizm Kollecinin rəhbərliyi ilə yanaşı kollektiv üzvləri təqdimatda iştirak edirdilər. Qeyd etmək yerinə düşər ki, əvvəlki sərgilərdən fərqli olaraq ümumtəhsil orta məktəblərinin kollektivləri bu dəfə sərgiyə xüsusi hazırlıqla gəlmişdilər. Demək olar ki, bütün məktəblərin kollektivləri yeni yaradıcılıq nümunələri ilə Zəfər Gününü tərənnüm edirdilər. Bəzi məktəblilərin təqdim etdiyi əl işləri ilə yanaşı rəsm işləri, o cümlədən asfalt üzərində yaradıcılıq nümunələri də razılıqla qarşılandı. Uşaqlar Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının sorğularına doğru dürüst təqdimatla cavab verirdilər. Bundan başqa sərgidə şagirdlər işğaldan azad olunmuş rayonlarımız haqqında maraqlı şeir təqdimatı verirdilər. Sərgidən sonra Dövlət Rəmzləri Muzeyi ilə bir daha yaxından tanışlıq oldu və açıq səhnədə Uşaq Gənclər İnkişaf Mərkəzi şagirdlərinin ifasında Zəfər Gününə həsr olunmuş maraqlı konsert proqramı təqdim olundu. Konsertdən sonra Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva iştirakçılara minnətdarlığını bildirdi, bayram münasibəti ilə təbriklərini çatdırdı. Konsertdə iştirak edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Zəfər Günü ilə bağlı geniş çıxış etdi. İştirakçılara bayram münasibəti ilə təbriklərini çatdırdı. Eyni zamanda Zəfər Günü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun əldə etdiyi şanlı qələbədən, əsgər və zabitlərimizin şücaətindən danışdı. Bu qələbədə şəhidlik zirvəsinə ucalanlara Allahdan rəhmət dilədi, qazilərimizə tezliklə sağalmalarını, mübariz əhval-ruhiyyədə olmalarını arzuladı. Konsert yüksək əhval-ruhiyyə ilə başa çatdı.

Keçidlər