Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə yüksək bal toplayan tələbələrlə görüş keçirildi

12 sentyabr 2023 | 15:21

Sentyabr ayının 11-də Mingəçevir şəhər İcra Hakimiyyətinin akt zalında şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhər ümumtəhsil məktəblərini bitirən, 2023-cü ildə ali məktəblərə qəbul olan, 600-dən yuxarı bal toplayan tələbələrlə görüşü keçirilmişdir. Görüş öncəsi iştirakçıları salamlayan İcra başçısı Ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Sonra qeyd etdi ki, bu gün bu tədbirə yığılmağımızın əsas səbəbi şəhərimizin ümumtəhsil məktəblilərinin şagirdlərinin ali məktəblərə qəbul olunması münasibətilə görüşün təşkil olunmasıdır. Azərbaycanda təhsil sahəsində aparılan islahatlar gənclərin təhsilə cəlb olunmasına, təhsil sahəsində kadr problemlərinin həllinə və müəllim peşəsinin nüfuzunun daha da yüksəlməsinə öz müsbət təsirini göstərir: Müəllim cəmiyyətin sabahının və gözəl gələcəyinin yaradıcısıdır. Ümummilli Lider Heydər Əliyev müəllim peşəsinə və əməyinə həmişə yüksək qiymət verib. Ulu Öndərin Azərbaycana rəhbərliyi illərində ölkəmizdə yüzlərlə yeni məktəb binası, uşaq bağçası tikilib istifadəyə verilib. Sevindirici haldır ki, müəllimin əməyinə bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymət verilir, bu peşə sahiblərinin sosial rifahının yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir. Bu gün təhsilə, müəllimə diqqət göz qabağındadır Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsil sahəsində müxtəlif layihə və proqramlar həyata keçirir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi istifadəyə verilibdir. Bu təhsil ocaqlarının mövcud binaları istismara yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən 17 orta məktəb və 2 bağça üçün yeni bina inşa olunub, eləcə də 3 məktəb və məktəbəqədər müəssisənin binası əsaslı təmir edilib. Bununla da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsil sahəsində apardığı siyasətə dəstək göstərərək gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almalarına öz töhfəsini vermiş olur. Cari ildə 30 məktəb istifadəyə verilib, 30 modul tipli məktəb quraşdırılmışdır. 37 ümumtəhsil məktəbini əsaslı, 651 ümumtəhsil məktəbində və 301 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri nəzərdə tutulmuşdur. Bu il işğaldan azad olan ərazilərdə 6 məktəb fəaliyyət göstərəcək, onlarda 780 şagird təhsil alacaq, 94 müəllim dərs deyəcək. Bu il şəhər ümumtəhsil məktəblərinin 9-cu sinifləri üzrə 1390 nəfər adi attestat, 43 nəfər fərqlənmə attestatı almışdır. 11-ci siniflər 1029 nəfər adi attestat, 23 nəfər fərqlənmə attestatı almış, 17 nəfər eksternat yolu ilə imtahan vermişdir. Məktəbi bitirən məzunlardan 1 nəfər qızıl medal, 2 nəfər isə gümüş medala layiq görülmüşdür. Ali məktəbə qəbul olan tələbələrdən 55 nəfəri 500-dən yuxarı, o cümlədən 17 nəfəri 600-dən yuxarı bal toplamışdır. Şəhər üzrə ən yüksək nəticəni Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin şagirdi Sənani Zeynallı (673 bal) göstərmişdir. Tədris ilində fənn olimpiadasının respublika mərhələsində şəhər ümumtəhsil məktəblərindən 23 nəfər iştirak etmiş, onlardan 1 nəfər qızıl, 4 nəfər gümüş, 3 nəfər isə bürünc medala layiq görülmüşdülər. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində 2 nəfər iştirak etmiş, onlardan Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin şagirdi Cahandar Quliyev 3-cü dərəcəli diploma layiq görülmüşdür. Digər tədbirlərdə də şəhər ümumtəhsil məktəblərinin şagirdləri uğurlu nəticələr əldə etmişlər. Qazanılmış nailiyyətlər Respublika miqyasında da fərqlənmişdir. Bütün bu uğurlarımız ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin və genişmiqyaslı inkişaf proqramının bir hissəsidir. Ölkə rəhbərinin yüksək diqqət və qayğısı sayəsində şəhərimizin təhsil ocaqlarında cari təmir və bərpa işləri aparılır, məktəblərimiz yeni avadanlıqlarla təchiz edilir. Əminəm ki, məktəblərimizdə yaradılacaq şəraitə görə gələcəkdə uğurlarımız bundan da artıq olacaqdır. Görüşdə Mingəçevir şəhər Ağsaqqallar Şurasının sədri Akif Hacıyev, Mərkəzi Aran Regional Təhsil idarəsinin Mingəçevir şəhəri üzrə sektor müdiri Sevinc Həsənova, valideyn Vüsalə Mustafayeva, TRHEL-in şagirdi, şəhər üzrə ən yüksək nəticə göstərən məzun Sənani Zeynallı çıxış edərək əldə olan uğurlardan bəhs etdilər, tələbə adını qazanmış gənclərə uğurlar arzuladılar. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə yekun vuraraq qeyd etdi ki, məzunlarımızın qazandığı nailiyyətlər ürəkaçandır. Burada həm təhsil işçilərimizin, həm də valideynlərin əməyi böyükdür. Bütün bu qazanılmış nailiyyətlərə görə mən ali məktəblərə qəbul olmuş tələbələri, təhsil işçilərini, habelə valideynləri təbrik edirəm. Gələcək işlərinizdə uğurlar arzulayıram. Sonda Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən yüksək nəticə göstərmiş tələbələrə və Mingəçevir Dövlət Universitetinə qəbul olunmuş şəhid Niyazi İsgəndərovun övladı Ömər İsgəndərova hədiyyələr təqdim edilmişdir

Keçidlər