Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni istirahət məkanının açılışı sakinlərin sevincinə səbəb olub

14 iyun 2023 | 18:46

15 iyun Milli Qurtuluş günü münasibəti ilə Mingəçevirdə keçirilən tədbirlər çərçivəsində yeni istirahət məkanı istifadəyə verilib. Qeyd edək ki, istirahət məkanı Ş.İ.Xətai küçəsində keçirilən səyyar görüş zamanı sakinlərin müracətinə uyğun olaraq Mingəçevir Bələdiyyəsinin maliyyə dəstəyi ilə yaradılıb. Yeni istirahət məkanının açılış mərasiminə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın məsul işçiləri, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev və bələdiyyə üzvləri, ərazidə yaşayan sakinlər, şəhər ictimaiyyətinin nümayəndələri, ictimai təşkilatların təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər.

Tədbiri açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 15 iyun Milli Qurtuluş günü münasibəti ilə təbriklərini çatdıraraq şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs etdi. Şəhər rəhbəri qeyd etdi ki, reallaşdırılan abadlıq-quruculuq işləri sakinlərin və şəhərimizin qonaqlarının rahatlığını təmin etmək, onların asudə vaxtlarının səmərəli təşkilini gerçəkləşdirmək məqsədi daşıyır. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən mütəmadi olaraq sakinlərlə keçirdiyimiz görüşlərdə sakinlərin qaldırdığı problemləri, arzu və istəklərini həll etməyə çalışırıq. Bu istirahət məkanı da sizlərin istəyinə uyğun olaraq yaradılıb. Biz bundan sonra da şəhərimizin inkişafı və gözəlləşməsi üçün bütün imkanlardan istifadə edəcəyik.

Açılış mərasimindən sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, eləcə də şəhərin digər rəhbər şəxsləri parkdakı vəziyyətlə tanış olub, sakinlərlə söhbət ediblər. Sakinlər yaradılan şəraitə görə şəhər rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər