Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Mingəçevir şəhər təşkilatı tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

25 may 2023 | 12:43

May ayının 25-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ili” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən tədbirlər planı çərçivəsində YAP Mingəçevir şəhər təşkilatı tərəfindən Ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, YAP fəalları, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov və YAP Veteranlar Şurasının üzvü - əməkdar jurnalist Tahir Məmmədov iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Mərkəzinin foyesində Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə baxış keçirilib. Tədbirdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın qorunması, azad olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasınn Dövlət Himni səsləndirildi. Heydər Əliyev haqqında film nümayiş olundu. Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP Veteranlar Şurasının üzvü, əməkdar jurnalist Tahir Məmmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov məruzələrlə çıxış etmişlər. Tədbir Mingəçevir mədəniyyət işçilərinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramının təqdimatı ilə başa çatdı.

Keçidlər