Şriftin ölçüsü :

Saytın rəngi :

6 yanvar 2023-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası oldu

06 yanvar 2023 | 09:14

2023-cü il yanvar ayının 6-da Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yeni ilin ilk Şura iclasında gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Bildirdi ki, gündəlikdə iki məsələ durur: 1. “Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın və İcra Hakimiyyəti başçısı aparatının 2023-cü il üçün iş planının təsdiqi haqqında”. 2.“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı təsdiq edilmiş “Tədbirlər Planı”nın icrası haqqında”. Gündəlikdə duran birinci məsələ haqqında məlumatla çıxış edən icra başçısı qeyd etdi ki: "2022-ci ildə Şuranın 23 iclası keçirilmiş, bu iclaslarda 39 məsələ müzakirə olunmuş, onların icrası təmin olunmuşdur. Yeni başlayan təqvim ilində də Şuranın iş planı tərtib olunaraq müzakirəyə çıxarılmışdır və o şura üzvlərinin ixtiyarına verilmişdir. Hesab edirəm ki, İcra Hakimiyyətinin yanında Şuranın və İcra Hakimiyyəti başçısı aparatının 2023-cü il üçün perspektiv iş planı müvafiq təlimatlara uyğun hazırlanmış və onun icrası həyata keçirilmək üçün təsdiqə verilmişdir." Şura üzvləri İcra Hakimiyyəti başçısının məlumatını dinlədikdən sonra İHB yanında Şuranın və İHB başçısı aparatının 2023-cü il üçün perspektiv iş planını təsdiq etdi. Gündəliyə müvafiq olaraq “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı təsdiq edilmiş “Tədbirlər Planı”nın icrası haqqında” məlumatla İcra Hakimiyyəti başçısının müavini, aparatın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimov çıxış etdi. Müzakirələrdə Azərbaycan İES-in veteran əməkdaşı Adil İsmayılov, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev təkliflər ilə çıxış etdilər. Şura iclası müzakirə olunan məsələlər haqqında müvafiq qərarlar qəbul etdi. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yekun olaraq iclasda iştirak edən idarə, müəssisə, təşkilat rəhbərlərinə, ictimai təşkilatların nümayəndələrinə və sədrlərinə tövsiyə xarakterli konkret tapşırıqlarını verdi. Qeyd olundu ki, 2023-cü il ərzində "Heydər Əliyev İli" ilə əlaqədar olaraq qarşıya qoyulan bütün tapşırıqlar layiqincə yerinə yetirilməklə Ulu Öndərin həyat və fəaliyyətinin Mingəçevir şəhərində təbliğinə geniş yer veriləcək və əməli işimizlə bu irsə sadiqliyimizi nümayiş etdirəcəyik.

Keçidlər