Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edildi
28 sentyabr 2022 | 18:02
Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın Silahlı Qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Bu gün Mingəçevir şəhərindən Vətən müharibəsinin ilk şəhidləri olan beş vətənpərvər qəhrəman oğullarımızın məzarları ziyarət edildi, onların məzarlarına gül dəstələri qoyuldu, şəhidlərimizin ailələrinə şəhər İcra Hakimiyyəti başçısı adından baş sağlığı verildi və ruhlarına dualar edildi. Tədbirdə şəhid ailələri, onların yaxınları, şəhər İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, müharibə əlilləri, qazilər, müəllim heyəti, məktəblilər və digər ziyarətə gələn insanlar iştirak etdi. Vətən müharibəsində şəhid olan Əli və İslam qardaşlarının adına verilmiş küçənin açılış tədbiri təşkil edildi. 28 sentyabr 2020-ci il tarixdə şəhid olmuş Şahmar Məmmədovun, Allahverdi Babayevin, Əli və İslam Əhmədov qardaşlarının, Məhyəddin Məmmədovun ailələri şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən ziyarət olundu.