Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin 3-cü ildönümündə məzarları ziyarət olunur və xatirələri anılır

09 oktyabr 2023 | 17:59

Vətən müharibəsində göstərdikləri igidlik, şücaət və qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təlif edilmiş Vətən müharibəsi şəhidləri Vasif Məmmədov, Mikayıl Əlibəyli, Əzəmi Hüseynov və Nurlan Məmişovun 07-09.10.2023-cü il tarixlərində məzarları ziyarət olunub və xatirələri anılıb. Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı İcra Hakimiyyəti başçısı adından çıxış edərək Azərbaycan Respublikasının azadlığı, suverenliyi, müstəqilliyi və ərazi bütölüyünün müdafiə olunması və torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda etmiş, həlak olmuş şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr və dözüm diləyib. Sonra şəhidlərimizdən və onların keçdiyi döyüş yolundan ayrı-ayrılıqda bəhs edib. Mərasimdə şəhid ailələri, qazilər, məktəblərin müəllim və şagirdləri də iştirak edib. Şəhidlərimizin məzarlarına güllər qoyulub, xatirələri anılıb, ruhlarına dualar edilib. Məktəblilər şəhidlərimizlə bağlı şerlər səsləndirib. Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar canlarını Vətən uğrunda qurban verdilər, təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi və eyni zamanda şəhidlərimizin intiqamı döyüş meydanında alındı.

Allah şəhidlərimizə rəhmət etsin.

Keçidlər