Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Səbuhi Məmmədov, Pərvin Həmidov və Nicat Hacıyevin xatirəsi yad edildi

03 oktyabr 2022 | 14:28

44 günlük Vətən müharibəsində səhidlik zirvəsinə yüksələn Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Məmmədov Səbuhi Şakir oğlu, Həmidov Pərvin Azər oğlu və gizir Hacıyev Nicat Cahangir oğludur. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan Silahlı birləşmələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısını alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız yağı düşmən tapdağından azad edilməsinə başlanıldı.Səbuhi Məmmədov və Pərvin Həmidov hər ikisi cəbhənin Tərtər-Ağdərə, Nicat Hacıyev isə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmən mövqelərinin postlarının ələ keçirilməsində iştirak etmiş və bu yaşayış məntəqələrinin azad olunması zamanı şəhid olmuşlar. 2022-ci il oktyabr ayının 1,2 və 3-ü tarixlərdə şəhidlərimizin məzarları ziyarət edildi, gül dəstələri qoyuldu və şəhidlərimizin ruhlarına dualar edildi. Şəhidlərimizin ailəsinə şəhər İcra Hakimiyyəti başçısı adından baş sağlığı verildi. Tədbirdə şəhid ailələri, şəhər İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, müharibə əlilləri və digər ziyarətə gələn insanlar iştirak etdi. Tədbirlərdən sonra şəhidlərimizin ailələri şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən ziyarət olundu. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdikləri üçün şəhidlərimiz Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə (ölümündən sonra) "Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə” medalı, “Cəsur döyüşcü” medalı və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişlər. Allah şəhidlərimizə rəhmət etsin...

Keçidlər