Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Hüseynov Əzəmi Əli oğlu və Məmişov Nurlan İlqar oğlunun doğum günləri qeyd olunub.

28 avqust 2022 | 15:22

Vətən müharibəsində cəbhənin Tərtər-Ağdərə istiqamətində döyüş əməliyyatlarında iştirak edərək Suqovuşanın azad olunması uğrunda döyüşlərdə şəhid olan Hüseynov Əzəmi Əli oğlu və Məmişov Nurlan İlqar oğlunun məzarı, Mingəçevir şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Seymur Hidayətov, Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid ailələri ictimai Birliyinin şəhər şöbəsinin üzvləri, vətən müharibəsi əlilləri, şəhidlərin ailə üzvləri və yaxınları tərəfindən Mingəçevir Şəhidlər Xiyabanında ziyarət olunub. Şəhidlərin məzarlarına gül dəstələri qoyulub və xatirələri ehtiramla yad olunub. Tədbirdə çıxış edənlər şəhidlərin keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdikləri igidliklərdən söhbət açıblar. Daha sonra tədbir iştrakçıları şəhidlərin ailələrinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident , Ali Baş Komandan İlham Əliyevə , Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən şəhid Hüseynov Əzəmi Əli oğlu və şəhid Məmişov Nurlan İlqar oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “ Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunublar.

Allah şəhidlərimizə rəhmət etsin !

Keçidlər