Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Elman Əliyev və Ülvi Qulamlının məzarı ziyarət olundu

21 oktyabr 2023 | 16:17

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində cəbhənin Tərtər-Ağdərə istiqamətində döyüş əməliyyatlarında iştirak edərək şəhid olan Əliyev Elman Rakif oğlu və Qulamlı Ülvi Şahin oğlunun məzarı 21.10.2023-cü il tarixdə ziyarət olundu, ruhlarına dualar edildi, hörmət və ehtiram bildirildi. S.Hidayətov şəhər İcra Hakimiyyəti Başçısı adından Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr dilədi. Tədbirdə şəhidlərin ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və digər ziyarətçilər iştirak etdi. Şəhid Elman Əliyev ixtisasca PDM-2 döyüş maşınının tuşlayıcı-operatoru kimi, şəhid Ülvi Qulamlı Hava Hücumundan Müdafiə bölməsinin kiçik çavuşu kimi düşmənin canlı qüvvəsinin və havadan hücum vasitələrinin məhv edilməsində cəsur döyüşçü kimi şücayət göstəriblər. Onlar Suqovuşan yaşayış məntəqəsinin və Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və şəhidlik məqamına yüksəliblər. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü və qüdrəti ilə dünyaya səs saldı. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən şəhid Əliyev Elman Rakif oğlu (ölümündən sonra) “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “3-cü dərəcəli Vətənə Xidmətə Görə” medalları ilə, şəhid Qulamlı Ülvi Şahin oğlu (ölümündən sonra) “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına” və “3-cü dərəcəli Vətənə Xidmətə Görə” görə medalları ilə təltif olunublar. Allah şəhidlərimizə rəhmət etsin.

Keçidlər