Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Yasən Əhmədovun məzarı ziyarət olundu

23 oktyabr 2023 | 16:22

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində cəbhənin Tərtər-Ağdərə istiqamətində döyüş əməliyyatlarında iştirak edərək şəhid olan baş gizir Əhmədov Yasən Yelmar oğlunun məzarı ziyarət olundu, ruhuna dualar edildi, hörmət və ehtiram bildirildi. S.Hidayətov şəhər İcra Hakimiyyəti Başçısı adından Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyib. Tədbirdə şəhid ailələri, müharibə əlilləri, veteranları, məktəb kollektivi, məktəblilər, Ağdam rayon Müharibə, Əmək və SQ Veteranları Təşkilatının sədri və digər ziyarətçilər iştirak etdi. Yasən Əhmədov uzun müddət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdi. 1991-ci ildə könüllü olaraq Birinci Qarabağ müharibəsində iştirak etmişdi. Xidməti dövründə müxtəlif medallar və fəxri fərmanla təltif edilmişdi. Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və şəhidlik məqamına yüksəlmişdir. Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Biz həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən şəhid baş gizir Əhmədov Yasən Yelmar oğlu (ölümündən sonra) “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” “Cəsur döyüşçü” və “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Allah şəhidlərimizə rəhmət etsin.

Keçidlər