Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Şahmar Seyidovun məzarı ziyarət olundu

12 oktyabr 2023 | 15:47

Vətən müharibəsində cəbhənin Tərtər-Ağdərə istiqamətində Suqovuşan və Talış kəndinin işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək döyüş yolu Daşaltıyadək uzanan şəhid Şahmar Seyidovun 12.10.2023-cü il tarixdə məzarı ziyarət olundu və xatirəsi anıldı. Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızin müdafiəsi və işğaldan azad olunması uğrunda həlak olan şəhidlərimizin ruhuna dualar edildi. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, şəhid ailələri, müharibə əlilləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin əməkdaşları və digər ziyarətə gələn insanlar iştirak etdi. Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsul əməkdaşı şəhər rəhbəri adından şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr və qazilərimizə şəfa dilədi. Şəhid Şahmar Seyidov Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Vətən müharibəsinin başlandığı ilk gündən döyüşlərdə iştirak etdi və Daşaltı uğrunda gedən döyüşdə şəhidlik məqamına ucaldı. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə Şahmar Seyidov (ölümündən sonra) "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Allah şəhidlərimizə rəhmət etsin.

Keçidlər