Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Məmmədov Rüstəm İbrahim oğlunun doğum günü məzarı yanında qeyd olundu.

11 avqust 2022 | 10:18

Mərasimdə şəhidin ailə üzvləri və digər şəhid ailələri, Mingəçevir şəhər İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Seymur Hidayətov, 2-ci qrup vətən müharibəsi əlili Pərviz Məmmədov, şəhidin oxuduğu məktəbin müəllim heyyəti, Göyçay rayon İcra Hakimiyyətinin nümayəndəsi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidin məzarı üstünə gül dəstələri düzülüb, torpaqlarımızın azadlığı uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidin şərəfli həyat yolundan danışılıb. Məktəblilər şəhidlərlə bağlı şerlər səsləndirib. Qeyd edilib ki, Rüstəm Məmmədov 10 avqust 1998-ci ildə Göyçay şəhərində anadan olub. Vətən müharibəsi başlayanda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi vəzifə borcunu şərəflə, ləyaqətlə, vicdanla yerinə yetirib. Cəbhənin Tərtər istiqamətində Suqovuşanın azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 17-si şəhidlik zirvəsinə yüksəlib. Göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Çıxışlarda ötən ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharıbəsinin tarixi əhəmiyyətindən danışılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun şücaətindən bəhs edilib, Rüstəm və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad olunacaq.Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər