Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Alim İbrahimovun xatirəsi yad edildi

03 noyabr 2022 | 16:33

Vətən müharibəsində səhidlik zirvəsinə yüksələn gənclərdən biridə İbrahimov Alim Səhrab oğludur. 2020-ci ilin sentyabr ayında Alim İbrahimov səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və cəbhənin Tərtər-Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Suqovuşan yaşayış məntəqəsinin və ətraf ərazilərin azad olunması uğrunda gedən döyüşlərin birində düşmən postunun ələ keçirilməsi zamanı şəhid olmuşdur. Şəhidimiz məzarı ziyarət edildi, gül dəstələri qoyuldu və şəhidlərimizin ruhlarına dualar edildi. Şəhər İcra Hakimiyyəti başçısı adından şəhidimizin ailəsinə baş sağlığı verildi. Tədbirdə şəhid ailələri, şəhər İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, müharibə əlilləri, məktəbli uşaqlar və digər ziyarətə gələn insanlar iştirak etdi. Şəhidimizin oxuduğu 4 nömrəli məktəbin şagirdləri şəhidlərimizlə bağlı şerlər səsləndirdi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli və 26.09.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasəliyev ölümündən sonra "Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə” medalı və 24.06.2021-ci il tarixli sərəncamına əsasən “Cəsur döyüşcü” medali ilə təltif edilmişdir. Allah şəhidlərimizə rəhmət etsin...

Keçidlər