Şriftin ölçüsü :
Saytın rəngi :
05 noyabr 2024-cü il tarixdə 20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Mingəçevir Gənclər Evi" sosial xidmət müəssisəsi, Mənzil Kommunal Təsərrüfatı Kombinatı, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi və Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Abdulla Şaiq adına 8 nömrəli kitabxana filialında silsilə tədbirlər təşkil olunmuşdur.
Tədbirlərdə Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbirə Yusifli və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Qorxmaz Abbaszadə, həmçinin adıçəkilən müəssisələrin məsul şəxsləri iştirak etmişdir. Tədbirlərin keçirilməsində məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 35-ci ildönümü və 20 noyabr- Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasından ibarətdir.
Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir. 1989-cu ilin 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya hər bir uşağın sahib olduğu hüquqları və iştirakçı dövlətlərin öhdəliklərini təsbit edən, uşaqların xüsusi müdafiəyə ehtiyacı olduğunu vurğulayan beynəlxalq sənəddir. Dünya dövlətləri tərəfindən insan hüquqları sahəsində ən çox ratifikasiya olunmuş bu beynəlxalq müqavilə ayrı-seçkiliyin yolverilməzliyi, uşaqların mənafelərinin üstünlüyü, yaşamaq və inkişaf etmək hüququnun təmini, uşaqların fikirlərinə hörmətlə yanaşılması kimi mühüm prinsipləri özündə ehtiva edir.