Şriftin ölçüsü :
Saytın rəngi :
13 noyabr 2026-cı ildə Şəhər İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 20 oktyabr – 20 noyabr “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqları sağlam cəmiyyətin təməlidir” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Mənsur Həsənov ölkəmizdə dövlət uşaq siyasətinin təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasi kursun hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqların hərtərəfli inkişafı, onların hüquqlarının qorunması və sosial rifahının yüksəldilməsi istiqamətində göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir. Daha sonra tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Səbuhi Hüseynov və Komissiyanın məsləhətçi-psixoloqu Qorxmaz Abbaszadə uşaqların hüquq və azadlıqlarının təmin olunması, həmçinin onların sağlam mühitdə böyüməsi məqsədilə qəbul edilmiş dövlət proqramları və qanunvericilik bazasının təkmilləşdirilməsi barədə ətraflı məlumat vermişlər.
Sonda uşaq hüquqlarının müdafiəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmiş və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.