Ümumtəhsil ocaqlarında Bilik Günü qeyd olundu
15 sentyabr 2026 | 15:50
Sentyabrın 15-də ölkəmizin hər bir bölgəsində olduğu kimi Mingəçevir şəhərinin tam orta məktəblərində də Bilik Günü qeyd olundu, ilk zəng çalındı. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Təbiət Riyaziyyat Humanitar Fənlər Təmayüllü Liseydə keçirilən Bilik Günü tədbirində iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Təbiət Riyaziyyat Humanitar Fənlər Təmayüllü Liseyin direktoru Aidə İsmayılova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhər Təhsil sektorunun müdiri Rüstəm Aslanov çıxış edərək Bilik Günü, yeni dərs ilinin başlanması münasibəti ilə bütün şagirdləri, birinciləri, valideynləri, müəllimləri təbrik edərək uğurlar arzulayıblar.
Həyatlarının ən önəmli və unudulmaz gününü yaşayan birincilər söylədikləri şeirlərlə sevinclərini ifadə ediblər. İlk zəngi çalan birinci sinif şagirdlərinin sevincləri alqışlarla qarşılanıb.
Sonra İlham İsmayılov birinci sinfin dərs prosesini izləyib, sinif otaqları ilə tanışlıq edib.