Şriftin ölçüsü :

Saytın rəngi :

“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilib.

27 may 2023 | 11:35

May ayının 27-də Mingəçevir şəhər İcra Hakimiyyətinin xətti ilə Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanındakı abidələr önünə gül dəstələri qoyaraq şəhidlərimizin məzarlarını ziyarət ediblər. Sonra Ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. İştirakçılar Heydər Əliyev Mərkəzinin foyesində Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə baxış keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevin həyat yolunu əks etdirən film nümayiş olunub.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov konfransı giriş nitqi ilə açaraq qeyd etdi ki, 28 May Respublika Günü Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Məhz bu gün bütövlükdə, müsəlman Şərqində Demokratik Cümhuriyyətin yarandığı bir gündür. Məhz 1918-ci ilin 28 may günü Azərbaycan özünü bir dövlət kimi varlığını dünyaya göstərdi. Çox təəssüf ki, tarix bu respublikaya cəmi 23 ay vaxt verdi. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Həm müstəqilliyimizin 105 illiyi, həm də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi eyni dövrə təsadüf edir. Xalqımız müstəqilliyimizi qoruyub saxlayan Heydər Əliyevin xatirəsini həmişə uca tutur. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin irsi isə xalqımızın milli sərvətidir. Bu baxımdan müstəqilliyimizi əbədi edən, onun möhkəmləndirilməsində əsaslı rolu olan Ümummilli Lider Heydər Əliyevin bizlərə bəxş etdiyi zəngin irsinin əsas məqamlarını bir daha qeyd etmək üçün şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir təşkil edilmişdir.

Konfransda “Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi edən tarixi şəxsiyyətdir” mövzusunda Azərbaycan Texniki Universitetin professoru, fəlsəfə elmləri doktoru Eyyub Kərimov, Naxçıvan Muxtar Respublikasının Bakıdakı konsulu Bəxtiyar Əsgərov Ulu öndərin həyat yolu və fəaliyyəti ilə bağlı, “Heydər Əliyevin siyasi irsi müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət edən milli sərvətimizdir” mövzusunda MDU-nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Günel Yunisova, “Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi xalqına, dövlətinə sədaqətlə xidmət etmək istəyən hər bir vətəndaş üçün tarixi məktəbdir” mövzusunda Mingəçevir Turizm Kolleci Publik hüquqi şəxsin direktoru Kamal Əhmədov, “Müasir müstəqil Azərbaycanın uğurları Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin davamıdır” mövzusunda YAP Mingəçevir Şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev məruzələrlə  çıxış etmişlər.

Keçidlər