Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan "100 ilə - 100 şeirlə" müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

14 dekabr 2023 | 15:57

       Dekabrın 13-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı və Mingəçevir Dövlət Dram Teatrının dəstəyi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan "100 ilə - 100 şeirlə" müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

      Mingəçevir Dövlət Dram Teatrında təşkil olunan tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin müdiri Aydın Bəşirov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mingəçevir şəhər hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil idarəsinin struktur bölmə rəhbərləri, təhsil işçiləri, Vətən müharibəsi veteranları, ümumi təhsil müəssisələrinin direktorları və şagirdlər iştirak edib. 

     Tədbirdən öncə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar ümummilli lider Heydər Əliyevə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar və tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ulu öndər Heydər Əliyevin, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

      Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyi çərçivəsində təsdiq edilmiş tədbirlər planına uyğun olaraq müxtəlif nominasiyalar üzrə idarə və təşkilatlrda tədbirlərin keçirildiyini qeyd etmişdir. İ.İsmayılov çıxışında Ulu Öndər Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qyğıdan söhbət açmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində dərin iz buraxan siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətinin gənc nəslə aşılanmasında bu kimi müsabiqələrin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamış, daha sonra qalib olan şagirdləri təbrik edərək onlara uğurlar arzulamışdır.   

      Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir Dövlət Dram Teatrının müdiri İntiqam Soltan çıxış etmişlər.

      Ümumilikdə 450 nəfər şagirdin iştirak etdiyi müsabiqənin keçirilməsində məqsəd müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və istedadlı ilə fərqlənən şagirdlərin aşkara çıxarılmasından ibarətdir.

Keçidlər