Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Respublikasının Gəncə Şəhərindəki yeni Baş konsulu Recep Öztop Mingəçevirə səfər edib.

30 yanvar 2024 | 09:51

Yanvar ayının 29-da Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Receb Öztop Mingəçevir şəhərində olmuşdur. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov hörmətli qonağı qarşılayaraq səmimi salamlamış, diplomata Mingəçevirin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə ətraflı məlumat vermişdir. İcra başçısı Türkiyənin Gəncədəki Baş konsulluğu ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edərək dövlətimizin bütün sahələrdə qardaş ölkənin daim yaxın dəstəyini hiss etdiyini bildirərək bu münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. Şəhər rəhbəri Baş konsula şəhərdə həyata keçirilən yenidənqurma və abadlıq işlərindən, son illər həyata keçirilən infrasruktur layihələrdən söz açıb. Həyata keçiriləcək layihələr barədə ətraflı məlumat verilib, perspektivdə olan bir sıra məsələlər müzakirə olunub.

Görüş zamanı konsul Recep Öztop şəhərimizə ikinci dəfə gəldiyini və şəhərlə yaxından tanış olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Mingəçevir şəhərinin 75 illik yubileyində yaxından iştirak etmiş, şəhərin gözəlliyinə valeh olmuşdur. O, eyni zamanda 2004-2007-ci illərdə Naxçıvanda Türkiyə Respublikasının baş konsulu vəzifəsində çalışdığını, Azərbaycan xalqı ilə yaxından bağlılığına önəm verdiyini diqqətə çatdırdı. Hazırda respublikamızda Prezident seçkilərinin keçirilməsinə aparılan hazırlıq işlərindən razılığını bildirdi. Əminliklə dedi ki, xalq ən layiqli namizədini seçəcək. Türkiyənin iş adamları ilə Mingəçevirdə əməli iş birliyi qurulmasına çalışacağını qeyd etdi. Görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Sonra Türkiyəli diplomat Mingəçevir Dövlət Universitetində (MDU) olub. Günün ikinci yarsında qonaq şəhərin sənaye müəssisələrinə, Şəhidlər Xiyabanına və digər yerləri ziyarət edəcəyini bildirib.

Keçidlər