Şriftin ölçüsü :

Saytın rəngi :

“Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

21 oktyabr 2024 | 17:33

21 oktyabr Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Turizm Kollecində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.5.1 bəndinin icrası ilə əlaqədar “Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbirə Yusifli, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının məsul katibi Səbuhi Hüseynov, Polis şöbəsinin əməkdaşı Teymur Baxışev və Turizm kollecinin əməkdaşları iştirak etmişlər. Tədbirdə təhsildən yayınma hallarına gətirib çıxaran səbəblər, təhsildən yayınmanın erkən nikah hallarına şərait yaratması, təhsildən yayınma hallarına məktəbdaxili və məktəbdənkənar problemlərin təsir göstərməsi, təhsildən yayınan uşaqların yenidən təhsilə cəlb edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. İnteraktiv formatda davam edən görüşlər zamanı tələbələrlə maarifləndirici söhbətlər aparılaraq onların dərsdən yayınmasına səbəb olan bir sıra problemlərin həlli istiqamətində təkliflər irəli sürülmüş, şagirdlərin təhsilə cəlb edilməsi istiqamətində əməli tədbirlər həyata keçirilmişdir.

Keçidlər