“ Təhsil müəssisələlində zorakılığın qarşısının alınması” mövzusunda tədbir keçirildi.
05 dekabr 2025 | 19:04
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın tədbirlər planına uğyun olaraq Mərkəzi Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil Sektoru ilə birgə “Təhsil müəssisələrində zorakılığın qarşısının alınması ” adlı maarifləndirici konfrans keçirilib. Konfransda Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini- Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Hikmət Kərimov, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Ədalət Əliyev, Mingəçevir Şəhər Məhkəməsinin sədri Nemət Paşayev, Mingəçevir Şəhər Prokurorunun köməkçisi Cahid Qurbanlı, Mingəçevir Dövlət Universitetinin Əməkdar müəllimi Mail İsmayılov, Uşaq hüqularının müdafiəsi üzrə Komissiyanın məsul katibi Səbuhi Hüseynov, Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova , Mərkəzi Aran Regional Təhsil İdarəsi İnzibati Təkilat Sektorunun məsləhətçisi Adil Məmmədli, Mingəçevir Dövlət Universitetinin professoru Fərəh Cəlil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəsisi Səidə Novruzova, ümum təhsil məktəblərinin direktorları, psixoloqları, müəllimlər və valideynlər iştirak etmişlər. Mövzu ilə bağlı çıxışlar edilmiş, konfransın panel-müzakirəsində valideynləri maraqlandıran suallara cavablar verilmişdir