Şriftin ölçüsü :

Saytın rəngi :

Tarix onları unutmayacaq

08 iyul 2022 | 13:44

Torpaqlarımızın azad olunması uğrunda 2020-ci ilin payızında 44 gün davam edən Vətən savaşında Azərbaycan Ordusunun əsgər və zabitləri, könüllü döyüşə gedən ehtiyyatda olan hərbçilər böyük şücatlər göstərərək tariximizin qızıl səhifəsini yaradıblar. Dövlətmizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həm hərb yolunda, həm də masa arxasında zəfər qazanan Azərbaycan dünya dövlətləri arasında qalib dövlət kimi özünə layiq yer qazandı. Vətən müharibəsində həlak olan hər bir şəhidin xatirəsi əziz tutulur, məzarları ziyarət olunur, onların şəninə kitablar, şeirlər yazılır, müsiqilər bəstələnir, rəsm əsərləri yaradılır. Bu müharibədə həlak olan Mingəçevir şəhidlərindən biri də Telman Fazil oğlu Allahverənovdur. O, 7 iyul 1995-ci ildə Mingəçevir şəhərində anadan olub. Şəhidin ad günü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyətinin bir qrup məsul əməkdaşı Şəhidlər Xiyabanına gedərək şəhidin məzarı üstünə gül dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər. Görüşdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Sahib Əliyev, Vətən müharibəsi Qazisi Pərviz Məmmədov torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən əsgərlərimiz haqqında xatirələrini söyləmiş, bu döyüşlərdə həlak olan şəhidlərimizin daim qəlblərimizdə yaşayacaqlarını bildirmişlər. Anım mərazimində ictimaiyyət nümayəndələri, şəhidlərimizin valideynləri iştirak ediblər. Telman Fazil oğlu Allahverənov 2 oktyabr 2020-ci ildə Ağdərə royununun azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 4 dekabr 2020-ci ildə Mingəçevir Şəhidlər Xiyabanıanda dəfn olunub. 15 dekabr 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif olunub. Allah rəhmət eləsin.

Keçidlər