Şriftin ölçüsü :

Saytın rəngi :

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə əlaqədar görülən işlər haqqında məlumat

17 iyul 2023 | 14:19

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli sərəncamının icrası ilə bağlı Şəhər İcra Hakimiyyətinin başçısının sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət yaradılmış işçi qrup mütəmadi olaraq şəhərin inzibati ərazisində Kür çayının sağ və sol hövzələrində monitorinqlər keçirilir. Monitorinqlər zamanı şəhərin sahilboyu ərazisində 18 fiziki şəxsin və 3 hüquqi şəxsin qoşulma icazəsi var, nəzarətdənkənar heç bir qoşulma faktı aşkar edilməmişdir. Mingəçevir Sukanal idarəsi tərəfindən su təsərrüfatı obyektlərində nəzarətdənkənar istifadənin aradan qaldırılması məqsədi ilə vaxtaşırı monitorinq aparılmışdır. Cari ilin 6 ayı ərzində 152 sayda qeydiyyatsız və sahibsiz su xətti ləğv edilmişdir. 77 ədəd sayğac quraşdırılmış və 7 ədəd qeydiyyatda olan abonentin kənar su xətti kəsilmiş və müvafiq cərimə aktı tərtib edilmişdir. Həmçinin keçirilmiş monitorinqlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, sudan istifadə zamanı israfçılığa yol verilməməsi barədə tövsiyələr verilmişdir. Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sonuncu belə bir görüş 14 iyul 2023-cü il tarixdə Sahil və İ.Qasımov küçəsində sakinlərlə keçirilmiş və sakinlərə sudan səmərəli istifadə edilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılmış, sakinlərin sualları cavablandırılmışdır. Belə görüşlər mütəmadi davam etdiriləcəkdir.

Keçidlər