Şriftin ölçüsü :
Saytın rəngi :
Serbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviç, müşaviri Jasmin Javiç yanvar ayının 28-də Mingəçevir şəhərində səfərdə olub.
Səfər çərçivəsində səfir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşüb. Şəhər rəhbəri səfirə Mingəçevir haqqında geniş məlumat verib. Draqan Vladisavlyeviç qonaqpərvərliyə görə minnətdarlıq edib, səfərinin şəhər ilə yaxından tanış olmaq məqsədi daşıdığını diqqətə çatdırıb və Mingəçevirdə olmağından çox məmnun olduğunu bildirib.
Sonra səfir Heydər Əliyev Mərkəzinə, “Azərbaycan İES” MMC-yə, “Sahil” parkına və sonda “HTECH İnvest” MMC-yə səfər etmişdir.