Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 4-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yeni dərs ilində birinci sinfə qədəm qoyacaq şəhid və qazi övladları ilə görüşüb.

04 sentyabr 2026 | 19:13

Tədbirdə icra aparatının müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşları, birincilər — şəhid Emin Rüstəmzadənin övladı İnci Rüstəmzadə, şəhid Əvəz Paşayevin qızı Gülnaz Paşayeva, şəhid Rəşad Budaqovun övladı Milay Budaqova, qazilər - Rüstəm Ömərlinin qızı Elif Ömərli, Famil Məmmədovun oğlu Musa Məmmədov və onların valideynləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. İlham İsmayılov torpaqlarımızın qorunması və azad olunması uğrunda döyüşlərdə şücaət göstərən Vətən övladlarının xidmətlərindən söz açaraq şəhidlərə Allahdan rəhmət, qazilərə can sağlığı arzulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uzun illərdən sonra torpaqlarımızın işğaldan azad olunduğunu, bu qələbədə əsgər və zabitlərimizin, şəhidlərin və qazilərin qəhrəmanlıqlar göstərdiyini qeyd edib. Cənab Prezidentimizin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid və qazi ailələrinə, onların övladlarına diqqət və qayğı göstərdiyini bildirib. Qeyd edib ki, hər il olduğu kimi bu il də Heydər Əliyev Fondu tərəfindən şəhid və qazi övladlarına hədiyyələr verilir. Cənab Prezidentimizin tapşırığı ilə yurdumuzun qəhrəman övladlarının ailələrinə, bizlərə əmanət qoyduqları övladlarına Mingəçevirdə də qayğı göstərilir. İcra başçısı birincilərə xoş arzularını çatdıraraq deyib ki, əziz balalar, siz bu il orta məktəbə gedəcəksiniz. Arzu edirəm ki, yüksək təhsilinizlə valideynlərinizi sevindirəsiniz, ləyaqətli övlad olasınız. Bu gün sizlərlə görüşmək, təbrik etmək bizim üçün xoşdur. Sizin birinci vəzifəniz yaxşı oxumaq, öyrənməkdir. Hər birinizi, valideynlərinizi təbrik edir, uğurlar arzulayıram. Görüşdə şəhid anası İranə Həsənova, Vətən müharbəsi qazisi Pərviz Məmmədov çıxışlarında dövlətimizin başçısı İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan söz açaraq minnətdarlıqlarını bildiriblər. Sonda İlham İsmayılov birincilərə məktəb ləvazimatları və çanta hədiyyə edib, xatirə şəkilləri çəkdirilib.

Keçidlər