Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 30-da Mingəçevir şəhər İcra Hakimiyyətinin xətti ilə Mingəçevir Turizm Kollecində maarifləndirici tədbir keçirilib

01 oktyabr 2024 | 14:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 noyabr 2020-ci il tarxli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” nın icrası ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyətinin hazırladığı tədbilər planına müvafiq olaraq şəhərin təhsil, mədəniyyət və tibb müəssisələrində, eləcə də digər müəssisələrdə maarifləndirici tədbirlər keçirilir.

Turizm kollecinin müəllim və tələbələrinin iştirak etdiyi tədbiri açan Mingəçevir şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elşən Əliyev ölkə Prezidenti İlham Əliyevin tapşırığına və imzaladığı sərəncamlarına əsasən yeniyetmə və gənclərin yüksək keyfiyyətli təhsili, tərbiyəsi, fiziki sağlamlığı, vətənin ləyaqətli övladı kimi böyüməsi, yetişməsi üçün həyata keçirilən işlərdən söz açdı. Maarifləndirici görüşlərin keçirilməsinin əsas məqsədinin ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi ilə yanaşı məişət zorakılığına yol açan halların aradan qaldırılması istiqamətində cəmiyyəti maarifləndirmək olduğunu diqqətə çatdırdı.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səbuhi Hüseynov, İcra Hakimiyyətinin başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Azər Hüseynov, polis şöbəsinin İctimai-nəzarət şöbəsinin rəisi Rasim Mahmudov çıxış edərək məişət zorakılığının bütöv cəmiyyət üçün təhlükəli olduğunu bildirməklə onları pis vərdişlərdən uzaq olmağa, dərslərinə ciddi yanaşmağa çağırıblar. Kollecin direktor müavini Canpolad Həmidov ölkəmizdə vətənpərvər ruhlu gənclərin yetişdiyini bildirərək təhsil ocağında tələbələrin bu cür maarifləndirici diskussiyalarda, tərbirlərdə fəal olduğunu qeyd edib.

Diskussiya şəraitindı keçən tədbirdə erkən nigahların fəsadlarından, narkotik bəlasının acılarından söz açılıb, tələbələrə sosial şəbəkələrə və bayağı şou proqramlara daha çox meyl etməkdənsə, təhsilə və mütaliəyə ciddi yanaşmaq tövsiyyə olunub.

Keçidlər