Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə yeni istifadəyə verilmiş Gəncə Stadionunda III MDB Oyunlarının rəsmi açılış mərasimi baş tutub.

30 sentyabr 2025 | 18:16

İdman oyunları ölkəmizin 7 şəhər və rayonunda keçirilir. 28 sentyabr-8 oktyabr tarixlərində keçiriləcək yarışlar Gəncə, Mingəçevir, Qəbələ, Yevlax, Şəki, Göygöl, Xankəndi şəhər və rayonlarında aparılacaq. 23 idman növü üzrə keçiriləcək yarışlara Azərbaycan, Pakistan, Rusiya, Özbəkistan, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Küveyt, Oman ölkələrinin idmançıları qatılıblar. Mingəçevirdə 4 idman növü üzrə yarışlar keçiriləcəkdir. Artıq yarışların ilk günündə Azərbaycan III MDB Oyunlarında ilk qızıl medalını qazanıb. Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən taekvondo yarışlarında idmançımız Ziya Həsənli (63 kq) qızıl medal əldə edib. Həmçinin idmançılarımızdan Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) qızıl, Ümid Rəhimzadə (54 kq) gümüş medal qazanıblar. Rəqiblərinə qalib gəlmək əzmi ilə yarışan Elcan Əliyev (74 kq) gümüş, Səlimə Quliyeva (46 kq), Nilufər Borji (53 kq), Tamerlan Yaqubov (54 kq), Nərgiz Kazımova (62 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi 87 kq) bürünc medal qazanıblar. Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində oktyabr ayının 5-6-da davam edəcək yarışlarda kayak üzrə 12, kanoe üzrə 2, akademik avarçəkmə üzrə isə 6 nəfər qələbə uğrunda mübarizə aparacaqlar. Yəni, III MDB Oyunlarının iştirak edəcək avarçəkənlərimizin sayı 20 nəfərdir. İştirakçı ölkələr -Azərbaycan, Rusiya, Belarusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstandır. Yarışın hər üç növündən məsafələri 200 m, 500 m, 1000 m, 1500 m, kayak üzrə 200 m, 500 m, 1000 m, kanoe üzrə 200 m, 500 m, akademik avarçəkmə üzrə 1500 m. dir. İştirakçı idmançılar- Ceyhun Vəlixanov, Amil Ramazanov, Əlmurad Hacızadə, Rüfət Həsənzadə, Hüseyn Həsənov, Sağıb Əyyubzadə, Nuran Rəhimli, Vacib Babayev, İvan Vorobjanskiy kayak, Elvin Əliyev, Vacib Vəlizadə kanoe, Sabit Abdullayev, Azər İlyasov, Cahangir Məmmədli, Nurlan Paşayev, İsmayıl Şirinov, Tunar Məmmədzadə akademik avarçəkmə üzrə qələbə uğrunda mübarizə aparacaqlar.

Keçidlər