Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 15 də Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhərindəki şəhid İlqar Kişiyev adına 17 nömrəli tam orta məktəbdə Bilik günü təntənəli şəkildə qeyd olundu

15 sentyabr 2023 | 18:18

Məktəbin qarşısına toplaşanlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Azərbaycanın Dövlət Himni səsləndirildi. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə sektor müdiri Sevinc Həsənova, şagirdlər, müəllimlər, valideynlər və qonaqlar iştirak edirdilər. 17 nömrəli tam orta məktəbin 2022-2023-cü tədris ilində əldə etdiyi nailiyyətlər, məzunların uğurları barədə məlumat verildi.

Sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizdə həyata keçirilən təhsil islahatlarından danışdı. Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, aparılan kadr islahatlarından söz açdı. Birinci vitse Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana Yeni məktəb” layihəsi çərçivəsində yeni-yeni məktəblərin tikilməsini və əsaslı təmir olunmasını diqqətə çatdırdı. Mingəçevir təhsilindəki uğurları xüsusilə vurğulayan icra başçısı 17 nömrəli tam orta məktəbin cari tədris ilində əsaslı təmir olunacağını bildirərək yeni dərs ilinin başlanması münasibəti ilə məktəbliləri, müəllimləri, valideynləri təbrik etdi.

Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə sektor müdiri Sevinc Həsənova, məktəbə yeni təyin olunan direktor Mənsur Həsənov təbriklərini və xoş arzularını çatdırdılar.

Keçidlər