Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabr ayının 25-də Mingəçevir şəhərində həyata keçirilən abadlıq-quruculuq və əsaslı təmir işləri ilə ictimai tanışlıq olub.

26 sentyabr 2024 | 15:34

Şəhər İcra Hakimiyyətinin tərtib etdiyi tədbirlər planına müvafiq olaraq cari ilin əvvəlindən başlanan abadlıq işləri bu payız günlərində də sürətlənir. Energetiklər yaşayış massivində F.Əzimov, M.Məmmədov, Naxçıvan küçələrindəki bir sıra binalarda, Heydər Əliyev prospektindəki xiyabanda, 112, 127 və 128-ci məhəllələrdə (20 Yanvar, Ə.Vahid, Nizami, N.Nərimanov, A.Məmmədov küçələrindəki bəzi çoxmənzilli binalarda), Xaldan şossesi istiqamətində yaradılmış Heydər Əliyev prospektindəki Zəfər parkında aparılan əsaslı təmir işləri uğurla icra olunur. Şəhərimizin gözəlləşməsi istiqamətində yeniliklər edilir. Yaşıllıq zolaqlarına yeni ağac tinglərinin əkilməsi üçün hazırlıqlar görülür, yeni işıqlanma nöqtələri yaradılır, sakinlərin rifah halının yaxşılaşması, mənalı istirahəti üçün oturacaqların və kölgəliklərin qoyulması, uşaqlar və gənclər üçün idman meydanlarının yaradılması, idman qurğularının quraşdırılması işləri aparılır.

27 sentyabr, Anım günü ərəfəsində Mingəçevir Şəhidlər Xiyabanında aparılan bərpa quruculuq işləri torpaqlarımızın azad olunması yolunda həlak olan şəhidlərimizin xatirəsinə ehtiramdır. Bununla bağlı müqəddəs məkanda dekorativ gül-çiçəklər əkilir, ərazi səliqəyə salınır.

Ölkəmizdə həyata keçirilən regionların sosial iqtisadi inkişafı Dövlət Proqram çərçivəsində Şəhər İcra Hakimiyyətinin xətti ilə kommunal xidmət müəssisələrinin kollektivlərinin həyata keçirdiyi təmir- quruculuq işlərinin sahəsi genişləndikcə nur şəhərinin gözəlliyinə əlavələr olur.

Keçidlər