Sentyabr ayının 18-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.
18 sentyabr 2024 | 15:46
Şurada şura üzvləri, təşkilat rəhbərləri, KİV-nin nümayəndələri iştirak edirdi.
Şura iclasının gündəliyinə müzakirə üçün 3 məsələ çıxarılmışdı: 1. “Şəhərin yol və səkilərinin saxlanılması, yağış sularının idarə olunması, sel-su mühafizə kanalına nəzarəti sahəsində fəaliyyəti haqqında MKT İB-nin rəhbərinin hesabatı”, 2. “Mingəçevir şəhərində rabitə xidmətinin vəziyyəti, yeni xidmət sahələrinin təşkili istiqamətində görülən tədbirlər haqqında”, 3. “İdman sahəsində Mingəçevir şəhərində görülən işlərin vəziyyəti haqqında Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin hesabatı”.
Gündəlikdə olan məsələlər müzakirə edilərək hər bir məsələ üzrə müvafiq qərarlar qəbul edildi.