Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər unudulmur

29 iyun 2022 | 09:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsisi xidmətinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun təltif olunması ilə bağlı sərəncam imzalayıb. Təltif olunan hərbi qulluqçuların sırasında 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan Qurbanov Tərxan Zabit oğlu da var . O, 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif olunub. Bu münasibətlə Mingəçevir şəhər İcra Hakimiyyətinin bir qrup məsul əməkdaşı şəhidin ailəsi ilə görüşmək üçün evində olmuş, onlarla səmimi söhbət etmişdir. Sonra onlar Şəhidlər Xiyabanına gedərək şəhidin məzarı üstünə gül dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər. Görüşdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Sahib Əliyev, Vətən müharibəsi qazisi Pərviz Məmmədov torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən əsgərlərimiz haqqında xatirələrini söyləmiş, bu döyüşlərdə həlak olan şəhidlərimizin daim qəlblərimizdə yaşayacaqlarını bildirmişlər. Qeyd edək ki, Qurbanov Tərxan Zabit oğlu 29 iyun 1996-cı ildə Şəki rayonunun Dəhnə kəndində anadan olub. 6 noyabr 2020-ci ildə Xocavənd royununun azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Mingəçevir Şəhidlər Xiyabanıanda dəfn olunub. Allah rəhmıt eləsin.

Keçidlər