Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Tural Tapdıq oğlu Həsənovun anım mərasimi keçirilib

14 iyul 2022 | 15:11

Ötən əsrin sonlarında erməni separatçılarının torpaqlarımıza silahlı hücumları nəticəsində işğal olunan, 30 ilə yaxın bir zamanda düşmən tapdağı altında qalan yurd yerlərimizin danışıqlar yolu ilə azad olunmaması xalqımızın səbrini tükətmişdi. Məhz bu səbəbdən 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti hücumunu adekvat olaraq cavablandıran Azərbaycan Ordusunun əsgər və zabitləri bu Vətən savaşında canlarından belə keçməyə hazır idilər. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam edən Vətən müharibəsi Azərbaycanı dünyaya qalib dövlət kimi tanıtdırdı. 44 günlük Vətən müharibəsində ölümün gözünə dik baxan övladlar şəhidlik zirvəsinə ucalmaqla tariximizin şərəfli səhifəsini yaratdılar. Onlardan biri də 1994-cü ilin 16 iyulunda Mingəçevir şəhərində anadan olan Tural Tapdıq oğlu Həsənovdur. Şəhidin doğum günü münasibəti ilə Mingəçevir Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarının, şəhidin valideynlərinin, əzizlərinin, digər şəhid ailə üzvlərinin iştirak etdiyi mərasində onun xatirinə dualar oxunub, xatirələr dilə gətirilib. Sonra nümayəndələr şəhidin oğlu Hüseyn Həsənovun kiçik toy mərasimində iştirak etmişlər. Tural Tapdıq oğlu Həsənov 2020-ci il sentyabr ayının 21-də ehtiyatda olan əsgər kimi səfərbərliyə çağırılıb. Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. 2 oktyabr 2020-ci ildə Ballı Qaya yaxınlığında “Ağ uçuq” uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onu nəşi neytral ərazidə qaldığı üçün 9 dekabr 2020-ci ildə Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra dövlət başçısınn sərəncamları ilə medallarla təltif olunub. Qeyd edək ki, Tural Vətən müharibəsində şəhid olan Musa Tapdıq oğlu Həsənovun qardaşıdır. Allah rəhmət eləsin!

Keçidlər