Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgər Rzayev Tərlan Pərviz oğlu Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub

14 sentyabr 2022 | 09:38

Sentybr ayının 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribat nəticəsində şəhid olan əsgər Rzayev Tərlan Pərviz oğlu Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Şəhidin dəfn mərasimində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hərbçi yoldaşları, millət vəkilləri Aydın Mirzəzadə, Əli Hüseyinli, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimayyət nümayəndələri, şəhər sakinləri iştirak ediblər. Dəfn mərasimində çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın 2020-ci ildə 44 günlük Vətən müharibəsin zamanı qəhrəman əsgər və zabitlərimizin, könüllü səfərbərliyə yazılan vətən övladlarının rəşadəti sayəsində, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və siyasi səriştəsi sayəsində azad olunmasından danışdı. Qeyd etdi ki: “Təəssüf ki, düşmən azad olunan ərazilərimizə minalar basdırıb və məlum Bəyannamənin imzalanmasından sonra dəfələrlə təxribatlar törədib. Məhz bu səbəblərdən də Milli Ordumuzun hərbçiləri arasında itkilərimiz olub. Bu günlərdə, sentyabrın 12-dən 13-nə keçən gecə düşmənin növbəti təxribatı xalqımıza, Ordumuza yeni itkilər verdi. Bu gün biz qəhrəman vətən övladlarından birinin dəfninə toplaşmışıq. Bütün şəhidlərimizin qisası alınır, torpaqlarımızdan düşmənin ayaq izləri çəkiləcək. Vətənimizin ərazi bütövlüyü tam bərpa olunacaq və dünya Azərbaycanın gücünü, qüdrətini bir daha görəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, mıəkanları cənnət olsun!” Sonra Şəhidin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib. Şəhidin tabutunun bükülüb gətirildiyi üçrəngli Azərbaycan Bayrağı əmisinə təqdim edilib. Qeyd edək ki, Tərlan yaxın günlərdə həqiqi hərbi xidmətini başa vurub evə qayıdacaqdı... O, 30 iyun 2003-cü ildə anadan olub. Mingəçevir şəhərindəki 26 saylı qaçqın məktəbinin məzunu oub. Ailədə atasız böyüyən iki oğul övladı olublar. Tərlan evin kiçik oğlu idi. Onun ailə qayğılarında anasına dəstək olmaq üçün həqiqi hərbi xidmətindən öncə fəhləliklə məşğul olduğu bildirilir. Allah rəhmət eləsin!

Keçidlər